SON DƏQİQƏ

Şuşa ilə bağlı yeni sayt fəaliyyətə başladı

28-09-2022, 12:33

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi  “Cəmiyyətin və Medianın İnkişafı” İctimai Birliyinin icra etdiyi  “Şuşanı tanıyaq, tanıdaq!” layihəsi  çərçivəsində sayt fəaliyyətə  başlayıb.
  Təşkilatdan Manset.az-a verilən məlumata görə,  sayt  https://loveshusha.com    adlanır.   Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərən saytda layihə çərçivəsində görülən işlər, Şuşanın tarixi, Vətən Müharibəsindən sonra şəhərdə qısa müddət ərzində gerçəkləşdirilən layihələrlə bağlı məlumatların yerləşdirilməsi nəzərdə tutulur.
Saytın  “Mədəniyyət” bölməsində Şuşada keçirilən mədəni tədbirlərlə bağlı geniş məlumatlar verilir. Qalereya bölməsində Şuşanın bu günü ilə bağlı foto və videolar yerləşdirilir.
Elektron nəşrdə tanınmış şuşalılardan müsahibələrə, Şuşa sakinlərinin doğma şəhərləri ilə bağlı xatirələrinə də yer verilir.  Bundan başqa işğal zamanı Şuşa sakinlərinin Şuşadan çıxardığı  mənəvi dəyəri olan əşyalarla da bağlı foto və yazılı məlumatların  sayta yerləşdirilməsi nəzərdə tutulur.  
Qeyd edək ki, https://loveshusha.com   saytının  fəaliyyəti layihə bitdikdən sonra təşkilatın əməkdaşları və könüllülərin sayəsində davam etdiriləcək.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 98

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR