buguntv.az

Türkiyə FETÖ ilə bağlı olan Azərbaycan ali məktəblərinin ADLARINI AÇIQLADI - Onların diplomları TANINMAYACAQ

28-05-2019, 14:54

Türkiyənin Ali Təhsil qurumu Azərbaycanın üç universitetini “tanınmayan” təhsil müəssisələri siyahısına daxil edib.

Publika.az-ın xəbərinə görə, bu barədə təhsil eksperti Kamran Əsədov feysbuk hesabında məlumat verib.

"Təəssüflər olsun ki, Türkiyə Yüksək Öyrətim Kurumu (YÖK) qərar qəbul edib və Azərbaycanın Bakı Mühəndislik Universiteti, Odlar Yurdu Universiteti və Gəncə Texnologiya Universiteti “tanınmayan” universitetlər siyahısına salınıb. Rəsmi sənəddə bu universitetlərin tanınmamasına səbəb kimi Türkiyədə FETÖ olayları yazılıb".

Ekspert bildirib ki, yeni qərarə əsasən, bu universitetin məzunları məzun olduğu ildən asılı olmayaraq, Türkiyədə magistratura və doktorantura təhsili ala bilməyəcək. (Publika.az)


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 156
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.BUGUNTV.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

(+99470) 527 05 05