SON DƏQİQƏ

“Erkən nikaha qarşı yeniyetmə və gənclərin maarifləndirilməsi" mövzusu müzakirə edilib

10-03-2022, 15:00

Ombudsmanın Cəlilabad Regional Mərkəzi “Erkən nikaha qarşı yeniyetmə və gənclərin maarifləndirilməsi” mövzusunda rayon Fərzili kənd ümumi orta məktəbində maarifləndirmə tədbiri keçirib. Tədbirdə məktəb rəhbərliyi, müəllim və şagirdlər iştirak ediblər.Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov bütün əhali qruplarından olan uşaqların hüquqlarının müdafiəsi və təmini məsələsinin daim Müvəkkilin diqqət mərkəzində olduğunu bildirib. Keçirilən tədbirdə erkən nikah problemi və ona qarşı mübarizə yolları, habelə bu kontekstdə pozulan insan hüquqları barəsində geniş məruzə edilib. Çıxış zamanı cəmiyyətdə erkən nikahların yaratdığı mənəvi, sosial və hüquqi problemlər haqqında məqamlara toxunularaq, bu istiqamətdə  maarifləndirmə işlərinin daha intensiv aparılmasının vacibliyi vurğulanıb.
Z.İsmayılov iştirakçılara bu cür hallar baş verdikdə Ombudsmanın  916 nömrəli Çağrı Mərkəzinə müraciət edə biləcəkləri barədə bilgi verərək, onların suallarını cavablandırıb.
Daha sonra tədbir mövzu ətrafında müzakirə ilə davam edib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 78

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
Xəbər lenti
18-04-2022
15-03-2022
14-03-2022