buguntv.az
buguntv.az

Zaxarova azərbaycanlı jurnalistin sözünü kəsdi – VİDEO

123 dəfə baxılıb 23-02-2019, 10:00

Zaxarova azərbaycanlı jurnalistin sözünü kəsdi – VİDEO















Rusiya XİN-nin nümayəndəsi Mariya Zaxarovanın brifinqi zamanı “Report” agentliyinin jurnalisti İqbal Rüstəmov Moskvada Konstantin Zatulinin təşəbbüskarı olduğu “Lazarev klubu” ikinci rus-erməni forumunun keçiriləcəyi və bu forumda Dağlıq Qarabağdakı separatçı rejiminin nümayəndələrinin iştirak edib-etməyəcəyi ilə bağlı sual verib.

Oxu.Az xəbər verir ki, jurnalist məsələ ilə bağlı Mariya Zaxarovaya sual ünvanlayan zaman, Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun həmsədri olduğunu xatırladıb və Qarabağ separatçılarının bu forumda iştirakının yolverilməz olduğunu qeyd edib.

Lakin Mariya Zaxarova jurnalistin sözünü kəsib: “Bir dəqiqə dayanın. Rusiyanın ATƏT-in Minsk qrupunun həmsədri olması ilə bu forum arasında nə əlaqə var? Siz sualınızda iki məsələni birləşdirirsiniz, halbuki onları birləşdirmək lazım deyil.

Əlbəttə ki, Rusiya ATƏT-in Minsk qrupunun həmsədridir və rəsmi səviyyədə üzərinə düşən bütün öhdəlikləri yerinə yetirir. Habelə Moskvada, siz düzgün olaraq qeyd etdiyiniz kimi,  vətəndaş cəmiyyətləri və qeyri-hökumət təşkilatları tərəfindən təşkil olunan yüzlərlə fərqli mövzulu forumlar keçirilir. Söhbət belə forumlardan birindən gedir.

Sizdə bu forumda hansısa yolla rəsmi şəxslərin iştirak etdiyi haqqında məlumat varsa, bizə ötürün. Məndə belə bir informasiya yoxdur”, -deyə Zaxarova bildirib.

Rusiya XİN rəsmi nümayəndəsi qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyətləri tərəfindən müxtəlif tədbirlərin keçirilməsi hüququ Rusiya qanunvericiliyində təsbit olunub:

“Əgər tədbirdə rəsmi olaraq dövlət orqanı nümayəndələrinin iştirakından söhbət gedirsə, mən bunu şərh etməyə hazıram. Ancaq bunun üçün konkret məlumatlar olmalıdır”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
DİN
TƏQVİM
«    Eylül 2019    »
PtSaÇaPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi