buguntv.az

ABŞ İrana qarşı sanksiyaları genişləndirməyi planlaşdırır

2-04-2019, 13:00

ABŞ İrana qarşı sanksiyaları genişləndirməyi planlaşdırır














Birləşmiş Ştatlar hökuməti bu ilin mayında İrana qarşı sanksiyaları genişləndirməyi planlaşdırır. “Report”un məlumatına görə, bu barədə “Reuters” agentliyi Ağ ev administrasiyasının nümayəndəsinə istinadən xəbər verib.

Bildirilib ki, yeni qara siyahıda İran iqtisadiyyatının daha əvvəl sanskiyadan kənarda qalan sahələri yer alacaq.

Qeyd edək ki, bu ilin may ayında Birləşmiş Ştatların İranla nüvə razılaşmasından çıxmasının bir ili tamam olur. Rəsmi Vaşinqton İranla yeni bir razılaşmaya ehtiyac olduğunu və 12 maddəlik şərt paketi təqdim etdyini bəyan etmişdi.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 137
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.BUGUNTV.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

(+99470) 527 05 05