buguntv.az

Obama Trampı “faşist” adlandırıb

26-01-2020, 19:37

 ABŞ-ın sabiq prezidenti Barak Obama ölkənin hazırkı rəhbəri Donald Trampı “faşist” adlandırıb.

“NBC News” bildirir ki, bu barədə Demokrat və Trampın 2016-cı il prezidentlik yarışında rəqibi Hillari Klintona həsr olunmuş sənədli filmdə deyilir.

Mövcud məlumatlara əsasən, Obama Trampı 2016-cı ildə prezident seçkiləri zamanı Virciniyadan olan senator Tim Keynlə telefon danışığı zamanı belə adlandırıb. Keyn də Obama kimi ABŞ Demokratik Partiyasının üzvüdür.

Sənədli filmdə Keyn bildirib ki, Obama söhbət zamanı ondan “faşisti Ağ Evdən uzaq saxlamağı” xahiş edib. Bu zaman “faşist” dedikdə o, Donald Trampı nəzərdə tutub.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 132
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.BUGUNTV.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

(+994 55) 332 00 70