buguntv.az

Dünyada koronavirusdan sağalanların sayı 1 milyonu ötdü

30-04-2020, 09:42


Dünyada koronavirusdan sağalanların sayı 1 001 933 nəfərə çatıb.

“Report” xəbər verir ki, ən çox sağalma İspaniya (132 929), ABŞ (120 720) və Almaniyada (120 400) qeydə alınıb.

Hazırda dünyada pandemiya qurbanlarının sayı 228 251-i ötüb. Qeydə alınmış yoluxma hallarının sayı isə 3 221 000-dən çoxdur.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 56
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.BUGUNTV.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

(+99470) 527 05 05