SON DƏQİQƏ

Nazir Rəşad Nəbiyev Ağstafada vətəndaşları qəbul edəcək

2-03-2022, 21:00


Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşları qəbulu cədvəlinə əsasən, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev 11 mart 2022-ci il tarixində saat 11:00-da Ağstafa şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (ünvan: Ağstafa rayonu, Hüseyn Arif küç.1) Ağstafa, Qazax və Tovuz rayonlarının sakinlərini qəbul edəcək.
 
Nazir bu bölgələrdə göstərilən nəqliyyat, telekommunikasiya, o cümlədən internet, televiziya və radio yayımı və poçt xidmətləri sahəsində əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşları dinləyəcək.
 
Qəbula yazılmaq üçün 10 mart 2022-ci il tarixinə qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “Çağrı” Mərkəzi (1655), elektron poçtu  və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefon vasitəsilə müraciət etmək mümkündür.
 
Vətəndaş qəbulunda iştirak etmək istəyənlər, həmçinin Ağstafa, Tovuz və Qazax telekommunikasiya qovşaqlarına (050 833 03 40) müraciət edə bilərlər.
 


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 61

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR