SON DƏQİQƏ

Yanvar-fevral aylarında əlilliyi olan şəxslərə 8,8 min reabilitasiya vasitəsi verilib

14-03-2022, 16:00

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi bu ilin iki ayında 2046 nəfər əlilliyi olan şəxsi 8,8 min reabilitasiya vasitəsi ilə təmin edib.
2020-ci ilin dekabr ayından etibarən Nazirlik tərəfindən müharibə əlillərinin yüksək texnologiyalı müasir 4-cü nəsil protezlə təminatına başlanıb. Cari ilin əvvəlindən də daha 17 müharibə əlilinə həmin protezlər təqdim edilib.
Ümumilikdə Vətən müharibəsindən sonra müharibənin 187 iştirakçısı 197, I Qarabağ müharibəsi əlilləri və Vətən müharibəsinə qədərki dövrdə hərbi səbəblərlə əlaqədar əliliyi müəyyən olunmuş 69 şəxs isə 74 ədəd yüksək texnologiyalı 4-cü nəsil protezlə təmin olunub.
Yanvar-fevral aylarında Agentliyin reabilitasiya müəsisssələrində 3812 nəfərə isə reabilitasiya xidmətləri göstərilib


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 273

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
Xəbər lenti
18-04-2022
15-03-2022
14-03-2022