buguntv.az

İran 100 döyüş gəmisi və təyyarələrlə HƏRƏKƏTƏ KEÇDİ: 48 saat içində...

2-08-2018, 15:30

İran qarşıdakı 48 saat içində Basra körfəzində böyük bir hərbi təlim keçirəcək.

Publika.az xəbər verir ki, bu barədə CNN telekanalı amerikalı rəsmilərə istinadən məlumat yayıb.

CNN-nin məlumatına görə, hər il payız fəslində keçirilən təlimlər bu il ABŞ-la başlayan gərginliyə görə önə çəkilib. Təlimlərin əvvəlki illərlə müqayisədə bu dəfə daha geniş olacağı gözlənilir.

İranın keçirdiyi təlimlərin məqsədi isə strateji əhəmiyyətə malik olan körfəzin qısa zaman içində bağlaya biləcəyini nümayiş etdirməkdir.

Hərbi təlimlərdə 100-ə yaxın döyüş gəmisi və təyyarələrin iştirak edəcəyi deyilir.

ABŞ Mərkəzi Qüvvələr Komandanlığının (CENTCOM) sözçüsü Villiam Urban hərbi təlimləri yaxından izləyəcəklərini açıqlayıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 122
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.BUGUNTV.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

(+99470) 527 05 05