buguntv.az
buguntv.az

“Qarabağ”ın oyunu yayımlanmaya bilər - Şerif 150 min istəyir

122 dəfə baxılıb 22-08-2018, 16:45

"Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsində "Şerif"lə səfər oyunu Azərbaycanda yayımlanmaya bilər.

Moldova klubunun Avroliqanın yayım hüququnu alan "CBC Sport" telekanalından yüksək məbləğ tələb etməsidir. Tiraspol təmsilçisi telekanal rəhbərliyindən 150 min avro tələb edib ki, hazırda "CBC Sport" bu pulu ödəmək gücündə deyil. Məhz bu səbəbdən canlı yayım ehtimalı çox azdır.

Qeyd edək ki, Çempionlar Liqasından fərqli olaraq, Avropa Liqasının pley-off mərhələsində yayım hüququ televiziyalarda yox, klubların özündə olur.

Xatırladaq ki, "Qarabağ"ın ötən il Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin "Şerif"lə səfər oyunundan öncə də eyni problem yaşanmışdı. Tiraspol klubu 100 min avro tələb etdiyindən matçın canlı yayımı alınmamışdı.

Sabah keçiriləcək "Şerif" - "Qarabağ" oyunu Bakı vaxtı ilə 21:00-da başlayacaq. (qol.az)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
DİN
TƏQVİM
«    Ağustos 2019    »
PtSaÇaPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi