buguntv.az
buguntv.az

Hərbi hissələrdə Qurban bayramı qeyd edilib

145 dəfə baxılıb 22-08-2018, 17:30

Müdafiə Nazirliyinin tabeliyində olan birlik, birləşmə, hərbi hissə, Əlahiddə Ümumqoşun Ordu, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri, o cümlədən xüsusi təyinatlı təhsil müəssisələrində Qurban bayramı münasibətilə tədbirlər keçirilib.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, bayram tədbirlərində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, ölkə prezidenti cənab İlham Əliyevin və Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Qurban bayramı münasibətilə təbrikləri çatdırılıb, şəxsi heyətin iştirakı ilə qurbanlar kəsilib.

Tədbirlərdə çıxış edənlər Qurban bayramının yaranma tarixi və əhəmiyyətindən söz açıblar.

Hərbi qulluqçular üçün bayram süfrələri təşkil olunub və mədəni kütləvi proqramlar nümayiş etdirilib.Report


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
DİN
TƏQVİM
«    Eylül 2019    »
PtSaÇaPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi