buguntv.az
buguntv.az

Azərbaycan Hərbi Hava Qüvvələrinin təlim-məşq uçuşları keçirilib

136 dəfə baxılıb 28-08-2018, 18:45

Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2018-ci ilin döyüş hazırlığı planına uyğun olaraq, Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri təlim-məşq uçuşları keçirib.

Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, yeni tədris dövrü çərçivəsində keçirilən təlim-məşq uçuşları zamanı təyyarə və helikopterlər hədəflərin məhv edilməsi üzrə tapşırıqları icra ediblər.

Aviasiya vasitələrinin ekipajları quru qoşunlarının havadan dəstəklənməsi, şərti düşmənin komanda məntəqələri, zirehli texnikaları və canlı qüvvəsinin məhv edilməsi, eləcə də hava kəşfiyyatının aparılması taktiki epizodlarını da yerinə yetiriblər. 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
DİN
TƏQVİM
«    Eylül 2019    »
PtSaÇaPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi