buguntv.az
buguntv.az

“Tahir Əkbərin ruhuna hörmətsizlik və günah idi” -QMİ-dən Açıqlama

217 dəfə baxılıb 6-03-2018, 15:03

Martın 2-də dünyasını dəyişən tanınmış bəstəkar əməkdar incəsənət xadimi Tahir Əkbərin dəfn olunduqdan sonra ailəsi tərəfindən məzarından çıxarılaraq ikinci dəfə Yasamal qəbristanlığında basdırılması haqda xəbər vermişdik.Məlum hadisə cəmiyyətdə rezonans doğurmuş, bir cox saytlarda, sosial şəbəkələrdə müzakirələrə yol açmış, bu hadisənin çox günah olduğu, mərhumun ruhuna hörmətsizlik olduğu vurğulanmışdı.
Cəmiyyətdə böyük rezonans doğuran bu hadisə ilə bağlı Bizim Yol Qafqaz Müsəlmanları İdarəsi ilə əlaqə saxlayıb.İdarənin fətva şöbəsinin əməkdaşı, şəriət alimi Hacı Valeh Nəsirov məsələ ilə bağlı açıqlama verərək bunları deyib.
“Burda məsələ belədir.Əgər basdırılan adam başqasına aid məzarda basdırılıbsa və həmin basdırılan yer başqasınındırsa bu günahdır və haramdır.Digər məsələ əgər həmin şəxsin basdırılan yeri pakdırsa, təmizdirsə və heç kimə məxsus deyilsə, ordan nəşi köçürmək qəti günahdır və haramdır.Bu eyni zamanda həmin şəxsin ruhuna nüfuzuna hörmətsizlikdir.Əgər yer heç kimə məxsus deyildisə, pak və təmiz idisə o küçürülməməli idi.”
“Başqa bir məsələ mərhumun atasının qəbrində basdırılması gəlincə, burda da belə bir məqam var.Əgər Tahir Əkbərin atasının vəfatından 30-35 il (təqribi götürülür) keçibsə o zaman onun qəbrində basdırıla bilər.Çünki bu müddətdə qəbirdə başqasına məxsus bütün əlamətlər yox olur, sümüklər belə çürüyür.Əgər bu qədər vaxt keçməyibsə və əlamətlər varsa günahdır və haramdır.”
“Əgər Tahir Əkbərin həyat yoldaşı deyirsə ki, mərhumun özü nəsə vəziyyət etmişdi onda bunu sübut etməli idi.Çünki mərhum artıq basdırılmışdı.Bu məsələ o prosesdən əvvəl olmalı idi.Beləliklə, Tahir Əkbərin basdırıldığı yer kimsəyə məxsus deyildisə və pak, təmiz yer idisə, onun nəşini köçürmək olmazdı, bu haramdır günahdır və mərhumun ruhuna hörmətsizlikdir.Onlar bu işi görməzdən əvvəl məsləhətləşməli idilər.”
Bir şəxsin məzarı o halda dəyişdirilə bilər ki, yuxarıda sadaladığım faktlar olsun və bir də həmin məzarlıq müsəlman məzarlığı olmasın.Bu halda köçürülə bilər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
DİN
TƏQVİM
«    Mart 2019    »
PtSaÇaPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi