buguntv.az
buguntv.az

Fazil Məmmədovun universiteti əlindən alınır - Belə deyirlər...

77 dəfə baxılıb 2-10-2018, 13:00

Sabiq vergilər naziri Fazil Məmmədovun Azərbaycan Universiteti əlindən alınır.

Unikal.org-un əldə etdiyi məlumata görə, Fazil Məmmədovun sahib olduğu Azərbaycan Universiteti onun kurasiyasından çıxır.

Heç kəsə sirr deyil ki, 2017-ci il dekabrın 5-də vəzifəsini itirən sabiq vergilər nazirinin mövqeyi zəifləyib. Bəzi idman növlərində rəhbəri olduğu federasiyaların onun əlindən çıxmasından sonra Azərbaycan Universitetinin də sabiq nazirin nəzarətindən çıxacağı barədə məlumat yayılıb. İddia olunur ki, adıçəkilən universitet yüksək ranqlı məmurlardan birinin idarəçiliyinə keçəcək.

Azərbaycan Universitetinin idarəçiliyində olan Fazil Məmmədovun yaxın qohumlarının işdən çıxarılacağı da yayılan məlumatlar sırasındadır. Heç kəsə sirr deyil ki, universitetin gənc rektoru olan Səadət Əliyeva onun bacısı qızıdır. Bundan başqa, Humanitar fənlər fakültəsinin dekanı Səfər Məmmədov, Xarici dillər kafedrasının professoru Azad Məmmədov, Müasir Təhsil Kompleksinin tədris məsələləri üzrə müşaviri Anar Məmmədovun sabiq nazirin işdən çıxarılacağı qohumları siyahısındadır.

Artıq, 2017-ci ilin may ayında Fazil Məmmədovun Nəsimi bazarının yaxınlığında- Nəsimi rayonu, Ceyhun Hacıbəyli, 71 ünvanında yerləşən keçmiş Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin Azərbaycan Universitetinə verdiyi inzibati bina ilə bağlı da araşdırma aparılır. Keçən ilə qədər Vergilər Nazirliyinin balansında olan binanın Azərbaycan Universitetindən alınması ilə bağlı lazımı prosedurlara başlanılıb.
 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
DİN
TƏQVİM
«    Haziran 2019    »
PtSaÇaPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
MƏZƏNNƏ
 Valyuta məzənnəsi