buguntv.az

Eldar Əzizov Bakı Lift İdarəsinin qalmaqallı rəisini işdən çıxardı

4-10-2018, 10:30

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) tabeliyində olan "Lifttəmir" İstehsalat Birliyinin baş direktoru Qüdrət Şükürov vəzifəsindən azad olunub.

Buguntv.Az report-a istinadən xəbər verir ki, bununla bağlı şəhər İcra Hakimiyyəti başçısının müavini, BŞİH başçısı səlahiyyətlərini icra edən Eldar Əzizov əmr imzalayıb.

Həmin vəzifəyə təyinat olmayıb.

Xatırladaq ki, Q.Şükürovun adı mətbuatda qalmaqallı hadisələrdə hallanıb.

Bugünlərdə BŞİH-in bütün strukturlarında, o cümlədən Bakı Lift-Təmir İstehsalat Birliyində yoxlamalar aparılır.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 16 iyul 2018-ci il tarixli sərəncamı ilə BŞİH başçısının müavini vəzifəsinə Eldar Əzizov təyin olunub.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 213
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.BUGUNTV.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

(+99470) 527 05 05