buguntv.az
buguntv.az

"Qalatasaray" Şehiçi transfer edə bilər

92 dəfə baxılıb 17-10-2018, 17:30

Türkiyənin "Qalatasaray" klubu "Qarabağ"ın sabiq qapıçısı İbrahim Şehiçi heyətinə qata bilər.

Buguntv.Az report.az-a istinadən xəbər verir ki, Bosniya və Herseqovina millisinin də şərəfini qoruyan 30 yaşlı qolkiper hazırkı klubu "Erzurumspor"da maaşını ala bilmir və qış "transfer pəncərəsi"ndə komandanı tərk etmək niyyətindədir. 

Şehiçin komandadan ayırlacağı təqdirdə, "Qalatasaray"ın onun keçidi üçün danışıqlara başlayacağı iddia olunur. İstanbul təmsilçisi bosniyalı oyunçudan ikinci qapıçı kimi yararlanmaq istəyir. 

Qeyd edək ki, 2013-2018-ci illərdə "Qarabağ"ın formasını geyinən İbrahim Şehiç azad agent kimi "Erzurumspor"a keçib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
DİN
TƏQVİM
«    Temmuz 2019    »
PtSaÇaPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi