buguntv.az

Bankın vətəndaşın başına açdığı oyuna etiraz olaraq dövlət başçısından ölkənin birinci vitse prezidenti Mehriban xanım Əliyevadan və digər dövlət qrumlarının rəhbərlərindən imdad dolu harayı...

20-10-2018, 22:30


Son vaxtlar cəmiyyətdə bankların və onun müştəriləri arasında baş verən anlaşılmamazlılıq, bu anlaşılmamazlığın məhkəmə müstəvisinə çıxarılmasıçox zaman məhkəmələrin bankın mövqeyini müdafiə edib qərardar qəbul etməsisonda vətəndaşları acınacaqlı vəziyyətə salmaqla bərabər dövlətdə, hökümətdən narazı salır. Hətta bəzən əli hər yerdən üzülən vətəndaş çıxış yolun intiharda, özünə qəsddə görür. Bu kimi hallarmübahisəli məsələ olsa da, araşdırmaya, təhqiqata öyrənməyə ehtiyacı olan məsələlərdi.


Saytımıza başına gətirilənləri böyük ürək ağrıdan, hıcqırtı və harayla çatdıram. Masallı rayon sakini Abdullayeva Cavahir Hilal qızı bir azərbaycanlı xanım olaraq, ölkənin birinci vitse prezidenti Mehriban xanım Əliyevadan, dövlət başçısı İlham Əliyev cənablarından, Ədliyyə naziri Fikrət Məmmədov cənabından haray edərək imdad diləyib, kömək istəyir.

Abdullayeva Cəvahir xanım iddia edir ki, 2014-cü ildı NBC -ın vasitəçiliyi ilə Nissan Qaşqay markalı minik avtomobili götürür. Maşını götürəndə ilkin olaraq 6000 (altı min) manatda ödənişi edir. Bundan sonra 25.000 (iyirmi beş min) manat ödəniş edəndən sonra inflyasiya və digər problemləri üzündən ödənişlərində gecikmələr baş verir. Bu gecikmələri ərəfəsində NBC bankın əməkdaşları xanımın iş yerinə gəlib, heç bir çərçivəyə sığmayan qanuna zidd əməl törədərək minik avtomobilinin arxa və ön dövlət nömrə nişanların açıb aparırlar. Bundan sonra Cavahir xanım banka gedib, baş verənlərə aydınlıq gətirilməsini xahiş edir, maddi sıxıntılarını nəzərə alaraq yeni ödəniş cədvəli tərtib etdirilməsinə çalışır. Bankın rəsmisi Arzu müəllim xanıma bildirir ki, gedib 800 (səkkiz yüz) manat ödəniş etsin, gəlib dövlət nömrə nişanların aparsın. Yeni ödəniş cədvəli tərtib edilsin.

Xanım deyilən kimi 800 manat ödəyir. Bundan sonra xanıma nə yeni ödəniş cədvəli verirlər, nə də ki, maşının dövlət nömrə nişanların. Lakin təklif ediblər ki, gedib bir min manatda ödəniş etsin, xanım bunu da edir. Sonra bir min beş yüz ödəniş edilməsin tələb edirlər. Xanım bu 1500 (bir min beş yüz) manatı ödədikdən sonra bankın problemlər şöbəsinin müdiri Azər müəllim bildirir ki, Sizin 3000 (üç min) manat gecikmə borcunuz var, biz sizdən o borcu istəmirik, siz də maşının adın tutmayın.

Cavahir Abdullayeva bundan sonra bildirir ki, boyun-boğazının qır-qızılın, evinin dəyərli əşyaların satıb, dost-tanışdan borc götürüb bu qədər ödəniş edib, indi qalan 10000 (on min) manata görə bütün bunlardan əl çəksin?

31000 (otuz bir min) manatdan artıq ödəniş edən Cavahir Abdullayeva 10000 (on min) manata qədər borca görə bütün var-yoxunu qoyduğu bu işdən əl çəksin?

Bank Cavahir Abdullayevanı məhkəməyə verir, adətən olduğu kimi məhkəmə bankın iddiasın müdafiə edən qətnamə çıxarır. Maşın xanımdan alınaraq banka verilir. Əli hər yerdən üzülən xanım bankın başına bu oyunu gətirməyi bir yana, hər zaman bankda olanda onu aşağılamaq, təhqir edilmə dərəcəsinə çatdırılmaqla lağ edib araya qoyublar. Hər şeydən uzaq olaraq bir azərbaycanlı xanımın sabahın iki əsgərini tək, min bir əziyyətlə böyüdən ananın bankın işçisi Kamil tərəfindən “ördək” adlandırılması, ölkə başçısına müraciət edəcəyini deyəndə - get prezident sənə pul versin, gətirib maşının pulun ödəyərsən – deyən Elvira xanımın bu qədər harınlığı haradan qaynaqlanır?

Bu gün qalan borcunun ödənilməsin bildirən xanıma imtina edilməsi nədən xəbər verir?

Bəlkə o maşın banka ayağı düşərli olub? Kimisə “tora” salmaq marağı bank işçilərini daha da iştahlandırıb?

Bu kimi suallar doğuran məsələləri doğuran məsələləri dövlətin hüquq mühafizə orqanları araşdırsaa haqq-ədalətin yerin tapacağına ümid edən Cavahir xanım səsinin ölkə başçısına və onun xanımına çatdırılmasını istəyir. Bizdə bu istəyə kömək edirik.


 Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq.


Buguntv.az 


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 2 274
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
www.BUGUNTV.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

(+99470) 527 05 05