16:47 - İlham Əliyevdən Prezident Administrasiyası ilə bağlı SƏRƏNCAM
16:33 - Bakıda baş verən yanğının söndürülməsinə 10-dan artıq texnika cəlb olundu - YENİLƏNDİ
14:47 - Azərbaycan nefti bu qiymətə satılır
11:35 - Bakıda 4 yaşlı qız binadan yıxılıb ÖLDÜ
11:12 - Ərdoğan bu gün Ukraynaya gedir
11:01 - Vatsapdan daha bir YENİLİK
10:44 - Videosu yayılan polkovnik rütbəsini necə almışdı? – “ Ən yaxşı halda mayor ola bilərdi”
09:49 - Əhaliyə BƏD XƏBƏR - Çörək 5-7 qəpik bahalaşa bilər (VİDEO)
11:12 - BNA-dan vətəndaşlara MÜRACİƏT
11:01 - Bu gün “Qarabağ” - “Viktoriya” oyunu var
10:53 - Azərbaycanda AĞIR QƏZA: Yaralananlar var
10:42 - Baş Prokurorluq FHN-də çəkilən intim görüntülərlə bağlı AÇIQLAMA YAYDI
10:15 - Ermənistanda matəm elan olundu - Bu səbəbə görə (FOTOLAR)
10:07 - AAYDA-da yüksək vəzifəyə TƏYİNAT
08:45 - Videoları yayılan polkovnik həbs olunacaq - “Qadınlar da məsuliyyət daşıyır”
Novruz Məmmədov Pelleqrini ilə görüşdü
Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov ölkəmizdə rəsmi səfərdə olan Slovakiya Respublikasının Baş naziri Peter Pelleqriniilə görüşüb.
Oxu.Az xəbər verir ki, əvvəlcə Azərbaycanın və Slovakiyanın Baş nazirlərinin təkbətək görüşü olub.
Görüşdə iki ölkə arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.
Sonra Baş nazir Novruz Məmmədovun və Baş nazir Peter Pelleqrininin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü keçirilib.
Azərbaycan ilə dost Slovakiya arasında yaxşı əlaqələrin olduğunu bildirən Novruz Məmmədov qeyd edib ki, Baş nazir Peter Pelleqrininin ölkəmizə səfəri ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi baxımından xüsusi əhəmiyyətə malikdir. Azərbaycanın Baş naziri ölkələrimizin xalqları arasında yaxınlaşmanın önəmini də vurğulayıb.
“Hesab edirəm ki, Azərbaycan ilə Slovakiya arasında beynəlxalq təşkilatlar çərçivəsində və ikitərəfli müstəvidə əlaqələrin daha da inkişaf etdirilməsi üçün yaxşı perspektivlər mövcuddur”, - deyə o qeyd edib.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə danışan Novruz Məmmədov problemin həllində Azərbaycanın prinsipial və ədalətli mövqeyi barədə həmkarına ətraflı məlumat verib. Baş nazir bildirib ki, münaqişə beynəlxalq hüququn norma və prinsipləri əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.
Baş nazir son illər ölkəmizdə yüksək səviyyəli beynəlxalq tədbirlərin keçirildiyini, bunun üçün mükəmməl infrastrukturun yaradıldığını bildirərək Bakı şəhərinin “Ekspo 2025” Ümumdünya Sərgisinə ev sahibliyi üçün namizədliyinin irəli sürüldüyünü diqqətə çatdırıb və bu məsələdə Slovakiyanın Azərbaycana dəstək verəcəyinə ümidvar olduğunu vurğulayıb.
Slovakiya ilə Azərbaycan arasında dostluq münasibətlərinin olduğunu qeyd edən Baş nazir Peter Pelleqrini ölkəsinin bu əlaqələrin daha da inkişafında maraqlı olduğunu bildirib.
Slovakiyanın Baş naziri əməkdaşlığın dayanıqlı inkişafının təmini məqsədilə iki ölkə arasındakı münasibətlərin hüquqi bazasının möhkəmləndirilməsinin vacibliyini qeyd edib.
Söhbət zamanı Bakıda keçirilən Azərbaycan-Slovakiya biznes forumunun əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyəti diqqətə çatdırılıb, həmçinin iki ölkə arasında sənaye, energetika, kənd təsərrüfatı, turizm, İKT və nəqliyyat sahələrində əməkdaşlıq üçün yaxşı imkanların olduğu bildirilib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.