buguntv.az
buguntv.az

Saakaşvili azərbaycanlıların toyuna canlı qoşulub, təbrik etdi - VİDEO

29 dəfə baxılıb 4-12-2018, 13:20

Ötən gün eks-prezident Mixail Saakaşvili azərbaycanlıların yaşadığı Gürcüstanın Faxralı kəndində baş tutan toy mərasiminə canlı bağlanıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, həmin görüntülər "Faxralı" Feysbuk hesabında paylaşılıb. 

Bəylə gəlinə xoş arzularını çatdıran siyasətçi sonda Azərbaycan dilində mərasim iştirakçıları ilə sağollaşıb. Saakaşvilinin bu jesti alqışlarla qarşılanıb.

Qeyd edək ki, bəyin atası Oqtay Məmmədov vaxtilə Mixail Saakaşvilinin seçki kampaniyasında fəal iştirak edib, kənddə onun ən fəal dəstəkçilərindən biri olub. 

Bəy Fazil Məmmədov isə Vahid Milli Hərəkatın Bolnisi rayon nümayəndəsinin seçki kampaniyasında fəal iştirak edib. 

Hazırda Saakaşvili ailəsi ilə Məmmədovlar arasında yaxın dostluq əlaqələri var. 

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
DİN
TƏQVİM
«    Şubat 2019    »
PtSaÇaPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi