buguntv.az
buguntv.az

“Heydər Əliyev və müasir Azərbaycan” mövzusunda tədbir keçirilmişdir.

290 dəfə baxılıb 28-12-2017, 11:03


 

 12 dekabr 2017-ci il tarixdə YAP Xocavənd rayon Qadınlar Şurası və Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anım günü ilə bağlı “Heydər Əliyev və müasir Azərbaycan” mövzusunda dəyirmi masa keçirilmişdir. Tədbirdə  gənclər, Yap Xocavənd rayon təşkilatının üzvləri və rayon ziyalıları iştirak etmişlər. Dəyirmi masada Rayon İcra Hakimiyyəti başçısının müavini, YAP Qadınlar Şurasının sədri  Əfsanə Quliyeva görkəmli dövlət xadimi və müdrik siyasətçi, ümummilli lider H.Əliyevin  ömür yolundan, Azərbaycan xalqı və dövlətçiliyi tarixindəki müstəsna xidmətlərindən danışıb. Natiq bildirib ki, H.Əliyev tarixin Azərbaycan xalqına bəxş etdiyi nadir şəxsiyət, əsl lider və sərkərdə olmaqla yanaşı, həm də bütün dünyada sayılıb-seçilən  bacarıqlı dövlət xadimi və dahi siyasətçi idi. Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin İctimai–siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Məmləkət İbrahimova və Xocavənd rayon Yap  Gənclər təşkilatının sədri Vüsal Hüseynov fenomen şəxsiyyət Heydər Əliyevin ölkəmizin müstəqilliyinin qorunub-saxlanılmasındakı yorulmaz fəaliyyətindən, dövlət quruculuğu prosesinin müxtəlif sahələrində həyata keçirdiyi islahatlardan söz açmış,  ümummilli liderin  xilaskarlıq missiyasından,elmin və təhsilin inkişafına göstərdiyi diqqət və qayğıdan danışımışlar.


 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
DİN
TƏQVİM
«    Ağustos 2019    »
PtSaÇaPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi