buguntv.az

“Ərzaq məhsullarının tədarükü və təchizatı” işi nədən axsayır... - İTTİHAM

14-12-2019, 12:53

11 aprel 2016-cı ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin yaradılıb.

Və qurumun yaranması ilə bağlı PRİORİTETLƏR Əbülfət Novruz oğlu Qocayev Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Sərəncamı ilə 02 sentyabr 2016-cı ildə "Ərzaq məhsullarının tədarükü və təchizatı" ASC-nin İdarə Heyətinin sədri təyin olunub.

Amma bu qurumun fəaliyyəti ilə bağlı olaraq oryada olan real iş, yerlərdə qeyri-neft sektoru ilə bağlı olaraq görülən işlər, tarladan tədarük edilən malların xarici bazarlara çıxarılmasında yardımçı və təşkilatçı olmasına dair heç bir iş yoxdur. Olsa-olsa ASC-nin qarmaqarışıq olan saytında dekabrın 3-ə olan bir xəbəri tapa bilərsiniz. O da ki, qeyri-neft məhsullarının ixracatı ilə bağlı Dövlət Statistika Komitəsinin məlumatıdır. Daha doğrusu bülleteni. 

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin noyabr ayına olan məlumatı:

2018-ci ilin 10 ayında qeyri-neft sektoru üzrə ixrac 1 milyard 351 milyon ABŞ dolları təşkil edib;
Rusiyaya 467,1 milyon, Türkiyəyə 293,8 milyon, İsveçrəyə 114,4 milyon Gürcüstana 106,5 milyon, Qazaxıstana 38,4 milyon dollar dəyərində mal ixrac edilib;

İxrac edilmiş malların siyahısında pomidor (149,9 milyon dollar) birinci, qızıl (99,9 milyon dollar) ikincidir;
Yanvar-oktyabr ayları ərzində meyvə-tərəvəz ixracı 405,5 milyon dollar təşkil edib;

Bu ilin oktyabr ayında ixracda xurma (23,4 milyon dollar) birinci, qabığı təmizlənmiş meşə fındığı (13,3 milyon dollar) ilə alma (7 milyon dollar) isə ikinci və üçüncü yeri bölüşüb;

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısında "Ərzaq Məhsullarının Tədarükü və Təchizatı" ASC 2,5 milyon dollarlıq həcmlə 8-ci sırada qərarlaşıb.

Bu rəsmi xəbəri bir çox dövlət qurumlarının internet səhifəsindən əldə etmək olar. Gundeminfo.az-ın əməkdaşları isə nizamnaməsinə uyğun olaraq qurumun hansı işlər gördüyünə dair araşdırma apararaq ortada hansı işlər görməsi maraqlıdır. İlk öncə diqqətimizi çəkən odur ki, Azərbaycanda bütün xalqın Ümumilli Lider Heydər Əliyevin vəfatının 15 illik ildönümündə iştirak etdiyi halda ASC-dən nəinki kollektiv, bir nəfər də olsun bu tədbirdə olmayıb. 

“Ərzaq məhsullarının tədarükü və təchizatı” işi nədən axsayır...

Əcaba niyə? Ən yaxşı halda qurumun rəsmi internet saytında My Webpage XALQIMIZ ÜMUMMİLLİ LİDERİN ƏZİZ XATİRƏSİNİ YAD EDİR! başlıqlı xəbər qoyulub. Amma bu xalqın içində niyə “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətindən bir nəfər də olsun yoxdur? 

Rubrika.Az bildirir ki, Gundeminfo.az-a müraciət edən yerli kənd təsərrüfatı femerlərinin şikayəti isə daha dərindir. Fermerlər sual edirlər - niyə rayonlarda 1 kq nar 50-70 qəpik, Bakıda isə 2-3 azn-dir? yerlərdə sitirus meyvələri becərən kəndlilər məhsullarını satmağa bazar tapa bilmirlər. O zaman “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti niyə yaranıb? ASC-nin tərəfdaşları arasında olan iri çirkətlərə diqqət edirik. 

Rubrika.Az


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 55
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
www.BUGUNTV.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

(+99470) 527 05 05