buguntv.az
buguntv.az

Prezidentin son fərmanında AMEA ilə bağlı hissə də var

36 dəfə baxılıb 18-01-2019, 15:02

Bir neçə gündür ki, prezident İlham Əliyev ölkədə bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı ardıcıl fərmanlar imzalayır. “Qafqazinfo” xəbər verir ki, sözügedən fərmanlara əsasən bir neçə qurum ləğv edilib, bir neçəsi isə birləşdirilib. Bütün baş verən bu islahatlar ictimaiyyətdə maraqla qarşılanıb.

Ona görə də proseslərin davamlı olması məqsədilə bir neçə qurumların da ləğv edilməsi məsələsi təklif edilib. Ləğv edilməsi zəruri olan qurumların sırasında ilk olaraq Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) adı çəkilir. Sovet dövründən qalan bu müəssisəsinin tərkibində olan bir sıra institutların elmin inkişafına fayda vermədiyi vurğulanır.
Ötən gün isə ölkə prezidentinin yenidən optimallaşdırma ilə bağlı verdiyi fərmanda əsas bəndlərdən biri AMEA ilə bağlıdır və bu məqam nədənsə diqqətdən qaçıb.

Belə ki, fərmanın 7.2 bəndində Prezident Administrasiyasına tapşırılır ki, mərkəzi icra hakimiyyəti orqanlarının, habelə Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan (tabeliyindəki) elm, elmi tədqiqat, araşdırma, ixtisasartırma və digər bu kimi sahələrlə məşğul qurumların (institut, mərkəz, təhsil müəssisəsi və s.) fəaliyyətində səmərəliliyi artırmaq və onların idarə edilməsini təkmilləşdirmək üçün təkliflər hazırlanması məqsədilə İşçi Qrup yaradılsın. İşçi Qrup təkliflərini 6 ay müddətinə prezidentə təqdim etməlidir.

Tapşırıqdan da göründüyü kimi, bu il ərzində AMEA-nın fəaliyyəti ilə bağlı prezident tərəfindən ciddi qərarlar qəbul ediləcək. Böyük ehtimalla, bu qurum da ləğv ediləcək və ya bəzi müəssisələri birləşdiriləcək, ya da özəllləşdiriləcək. Dövlət büdcəsi daha bir ağır yükdən azad olmuş olacaq.
 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
DİN
TƏQVİM
«    Mart 2019    »
PtSaÇaPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi