buguntv.az
buguntv.az

Səfir Polad Bülbüloğlunun qardaşına pul atanla bağlı – Qərar

11 dəfə baxılıb 29-01-2019, 17:39


Dələduzluqda təqsirləndirilən Məmməd Nəsibovun barəsində olan hökmdən verilmiş apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Buguntv.az teleqraf.com-a istinadla xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Rizvan Səfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Məmməd Nəsibovun cəzasının yüngülləşdirilməsi barədə verdiyi apelyasiya şikayəti təmin edilməyib.

Həmçinin təqsirləndirilən şəxsə qarşı zərərçəkmişlərin də şikayəti təmin olunmayıb.

Məmməd Nəsibov vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı 400 min manata yaxın dələduzluq edib.

O, İradə İsmayılovaya Hövsan qəsəbəsində 15 sot sənədsiz torpağı 21 min 500 manata satıb, Çingiz Məmmədova Abşeronda yaşayış evi tiktirmək adı ilə onun 200 min manat pulunu dələduzluq yolu ilə ələ keçirib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Məmməd Nəsibov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, zərərçəkmiş Çingiz Məmmədov Azərbaycan bəstəkarı və müğənnisi, Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlunun qardaşıdır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
DİN
TƏQVİM
«    Şubat 2019    »
PtSaÇaPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi