buguntv.az
buguntv.az

“Leyli və Məcnun” operası növbəti dəfə nümayiş olunacaq

13 dəfə baxılıb 30-01-2019, 15:22


Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının repertuarında özünəməxsus yer tutan “Leyli və Məcnun” operasına teatrsevərlər növbəti dəfə fevralın 27-də baxa biləcək.

Teatrdan AZƏRTAC-a bildirilib ki, teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Hafiz Quliyevin quruluşunda izləniləcək səhnə əsəri dirijor, Əməkdar incəsənət xadimi Sevil Haciyeva tərəfindən idarə olunacaq.

Operada Məcnun obrazını Səbuhi İbayev, Leylini isə Xalq artisti Gülyaz Məmmədova canlandıracaq.

Digər rollarda Nurlan Namazov, Cahangir Qurbanov, Aytən Məhərrəmova, Taleh Yahyayev, Afaq Ağayeva, Mütəllim Dəmirov, Nəzər Bəylərov və Vüqar Əliyev çıxış edəcək.

Qeyd edək ki, müsəlman Şərqində ilk opera sayılan “Leyli və Məcnun” dahi bəstəkar Üzeyir Hacıbəyli tərəfindən 1908-ci ildə qələmə alınıb. Opera elə həmin ilin yanvarın 12-də ilk dəfə səhnəyə qoyulub. Ölməz bəstəkarın bu ölməz əsəri 110 ildir ki, Opera və Balet Teatrının repertuarındadır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
DİN
TƏQVİM
«    Şubat 2019    »
PtSaÇaPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi