buguntv.az
buguntv.az

Bakıda “Fransanın dadı” beynəlxalq qastronomiya festivalı təşkil ediləcək

17 dəfə baxılıb 31-01-2019, 11:48


Bakıda “Fransanın dadı” beynəlxalq qastronomiya festivalı keçiriləcək.

AZƏRTAC xəbər verir ki, beşillik yubileyini qeyd edən “Fransanın dadı” festivalı martın 1-dən 16-dək davam edəcək.

Festival ərəfəsində “Institut Français d'Azerbaidjan” komandası fransız mətbəxinə aid film nümayişləri və müsabiqələr təşkil edəcək.

Belə ki, “Landmark”da fevral ayının hər cümə günü Fransanın mətbəxinə həsr olunan bədii və sənədli əsərlər nümayiş olunacaq.

Fransız mətbəxi fransız mədəniyyətinin ayrılmaz bir hissəsidir. Fransız kinematoqrafını isə fransız komediyası olmadan təsəvvür etmək mümkün deyil. Fevralın 1-də kinoqurmanlara Kristian Vensanın “Prezident üçün aşpaz” kinokomediyası təqdim olunacaq.

Fransız dilində nümayiş olunacaq filmlərə giriş pulsuzdur.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
DİN
TƏQVİM
«    Şubat 2019    »
PtSaÇaPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi