buguntv.az
buguntv.az

Keçən il “Azərkosmos” 24 ölkəyə 25,6 milyon dollarlıq xidmət ixrac edib

78 dəfə baxılıb 1-02-2019, 13:16


2018-ci ildə "Azərkosmos" ASC tərəfindən dünyanın 24 ölkəsinə 25,6 milyon dollarlıq xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac olunub.

AZƏRTAC xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) "İxrac İcmalı"nın yanvar sayında bildirilir.

Hesabata görə, "Azərkosmos" ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 87 faizini təşkil edib. Ötən ilin dekabrında ASC dünyanın 16 ölkəsinə 1,6 milyon dollar dəyərində xidmət ixrac edib. 2017-ci illə müqayisədə ötən il "Azərkosmos" ASC-nin xidmət ixracı 12 faiz artıb. ASC-nin keçən il xidmət ixracı həyata keçirdiyi əsas ölkələr Fransa, Malaziya, BƏƏ, Almaniya, Gürcüstan və digərləri olub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
DİN
TƏQVİM
«    Temmuz 2019    »
PtSaÇaPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi