buguntv.az
buguntv.az

Brexitdən sonra Böyük Britaniya vətəndaşları üçün vizasız rejim tətbiq oluna bilər

74 dəfə baxılıb 1-02-2019, 15:31


Avropa İttifaqına üzv 27 ölkənin səfirləri Brexit prosesindən sonra Böyük Britaniya vətəndaşları üçün vizasız rejim tətbiq olunması barədə razılığa gəlib.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının fevralın 1-də Brüsseldə yayımlanan bəyanatında bildirilir.

“Aİ səfirləri Brexit prosesindən sonra qısa müddət ərzində (istənilən 180 gün ərzində 90 gün) Şengen zonasına gələn Böyük Britaniya vətəndaşları üçün vizasız rejim tətbiq olunması barədə razılığa gəlib”, - bəyanatda belə deyilir.

Sənədə əsasən, səfirlər Rumıniyanın Avropa İttifaqı Şurasındakı sədrliyinə bu qərarın qanunvericilik səviyyəsində reallaşdırılması üçün Avropa Parlamenti ilə danışıqlara başlamağı tapşırıb. Bununla yanaşı, Şura bu tədbirlərin qarşılıqlı olacağını qeyd edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
DİN
TƏQVİM
«    Temmuz 2019    »
PtSaÇaPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi