buguntv.az
buguntv.az

Deputat komitə sədrini ittiham etdi: - “50 mindən çox fəhləni işsiz qoydu”

55 dəfə baxılıb 1-02-2019, 17:01


“Bu gün Bakı şəhərində 50 mindən çox tikinti işləri dayandırılıb”. Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fəzail Ağamalı deyib:

O qeyd edib ki, ölkə başçısının sərəncamı ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə sədr (Samir Nuriyevi nəzərdə tutur-red) təyin edildi.

“Biz onu alqışladıq ki, cavan oğlandı işləyəcək, Bakı şəhərinin gözəlləşməsinə öz töhfəsini verəcək. O isə gələn kimi bütün tikintiləri dayandırdı. Bu gün Bakı şəhərində 50 mindən çox tikinti işləri dayandırılıb. Regionlardan paytaxt Bakıya fəhləliyə axışan insanların çoxu işsizdir. Bu şəxs görəsən bunun məsuliyyətini düşünürmü?”-deyə F.Ağamalı bildirib.

Deputat söyləyib ki, ölkə prezidentinin siyasətinin əsas məqsədi işsizlik probleminin aradan qaldırılmaqdır.

“Bununla bağlı ciddi layihələr həyata keçirilir. Amma bu şəxs 1 ilə yaxındır ki, Bakıda tikintini dayandırıb. Bu gün insanlar arasında ciddi narazılıqlar var. Bunu araşdırmaq lazımdır. Vaxtilə Maliyyə Bazarlarına Nəzarət Palatasına Rüfət Aslanlını gətirəndə hamı onu alqışladı. Bildirildi ki, cavan oğlandır, yaxı işləyəcək və.s. İndi isə bu da onun yolunu təkrarlayır”.

F.Ağamalı Milli Məclisin sədri Oqtay Əsədovdan bu məsələ ilə bağlı maraqlanmağı xahiş edib.

Spikerin deputata cavabı belə olub:

“Həmin şəxsin adı var, Samir Nuriyev. 50 min fəhlə harada qalıb? Dəqiqləşdirin məsələləri. Belə dəqiqləşdirilmələr aparmadan ajiotaj yaratmayın. Prezidentin sərəncamı ilə təyin olunmuş adamdır. Niyə bu qədər cavan, ya qoca sözlərini deyirsiniz?”
 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
DİN
TƏQVİM
«    Temmuz 2019    »
PtSaÇaPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi