buguntv.az
buguntv.az

Azərbaycanda qeyri-rezidentlərin banklardakı əmanətləri artmağa başlayıb

71 dəfə baxılıb 4-02-2019, 16:48


Azərbaycan banklarında qeyri-rezidentlərin əmanətlərinin həcmi 2018-ci ilin dekabr ayı ərzində 3,8 mln. manat və ya 0,5% artaraq 2019-cu il yanvarın 1-nə 763,8 mln. manta yüksəlib.

"Report" bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Hesabata əsasən, artım əsasən milli valyuta ilə əmanətlərin hesabına baş tutub. Belə ki, hesabat ayında milli valyuta ilə əmanətlərin həcmi 4,9 mln. manat və yaxud 5% artaraq 103,3 mln. manat, xarici valyuta ilə əmanətlər isə 1,1 mln. manat və yaxud 0,2% artaraq manat ekvivalentində 660,5 mln. manat təşkil edib.

Hesabata əsasən qeyri-rezidentlərin əmanətlərinin həcmində illik müqayisədə 18,8 mln. manat və yaxud 2,5% artım müşahidə olunub.

Qeyd edək ki, 2019-cı il yanvarın 1-nə Azərbaycan banklarında fiziki şəxslərin əmanətlərinin həcmi 8 375,4 mln. manat olub və bunun 90,9%-i və yaxud 7 611,6 mln. manatı rezidentlər, 9,1%-i və yaxud 763,8 mln. manatı qeyri-rezidentlər tərəfindən yerləşdirilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
DİN
TƏQVİM
«    Temmuz 2019    »
PtSaÇaPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi