buguntv.az
buguntv.az

100 minlik qoşunla HÜCUM SSENARİSİ, Qarabağda MÖVQELƏR... – GÜNÜN SİYASİ XÜLASƏSİ

74 dəfə baxılıb 4-02-2019, 21:34


Türkiyə və ABŞ Suriyada yaradılacaq təhlükəsizlik bölgəsi barədə razılıq əldə ediblər. Gürcüstan Rusiya ilə gömrük və yüklərin tranziti haqqında razılaşma çərçivəsində Abxaziya və Cənubi Osetiyayla sərhədlərdə gömrük nəzarəti məntəqələrini açmağa hazırdır. ABŞ hərbi qüvvələrinin ölkə ərazisindən çıxarılması üçün İraq parlamentində qanun layihəsi qəbul ediləcək. Fevralın 2-də Orta və yaxın mənzilli raketlərin ləğvi haqqında Müqavilədən çıxan ABŞ Asiya-Sakit okeanı regionunda hərəkətə keçib. Fransanın sağçı Milli Cəbhə Partiyasının lideri Marin Le Pen Avropa İttifaqını İrlandiyada vətəndaş müharibəsini alovlandırmaq cəhdində ittiham edib.
"Vəziyyət dəyişməsə, Ermənistan rəhbərliyinin təcrübəsizliyi ciddi nəticələrə səbəb olacaq”. Bu barədə erməni politoloq Ervand Bozoyan deyib.

Gürcüstan Rusiya ilə gömrük və yüklərin tranziti haqqında razılaşma çərçivəsində Abxaziya və Cənubi Osetiyayla sərhədlərdə gömrük nəzarəti məntəqələrini açmağa hazırdır. Bu haqda Rusiya hökumətindəki mənbə "Kommersant” nəşrinə bildirib.

Türkiyə və ABŞ Suriyada yaradılacaq təhlükəsizlik bölgəsi barədə razılıq əldə ediblər. Bu iddia ilə İngiltərədə yayımlanan "Aşarq əl-Övsət” nəşri çıxış edib.
Nəşrin yazdıqlarına əsasən, ABŞ Əl-Tanf hərbi bazasından əməliyyatlarını davam etdirəcək. Türkiyə isə ABŞ əsgərlərinə yaxın olmayan bir ərazidə başa çatan tampon bölgə yaradacaq. Bu bölgənin eni 20-32 kilometr olacaq. ABŞ və Türkiyənin sazişinə əsasən, YPG-yə verilmiş silahlar da terror qruplaşmasından toplanılacaq.
Qeyd edək ki, razılaşmanın digər detallarının Vaşinqtonda ABŞ və Türkiyə nümayəndə heyətlərinin görüşü zamanı müəyyən edilməsi nəzərdə tutulub.
ABŞ hərbi qüvvələrinin İraqdan çıxarılması üçün parlamentdə qanun layihəsi qəbul ediləcək. Bunu parlament sədrinin birinci müavini Həsən əl-Kəabi deyib.
Yazılı açıqlama verən birinci müavin ABŞ prezidenti Donald Trampın "İraqdakı ABŞ bazasını saxlamağı İranı müşahidə etmək üçün istəyirəm. Çünki İran gerçək bir təhlükədir” sözlərini qınayıb.
Kəabi bildirib ki, ABŞ İraq dövlətinin qanunlarını və konsitutsiyasını pozur.
ABŞ prezidenti Donald Tramp İranı müşahidə etmək üçün İraqda qoşun saxlamağa Bağdaddan icazə istəməyib. Bu haqda İraq prezidenti Bərham Saleh "Al-Arabia” telekanalına bildirib.
İraq prezidenti əlavə edib ki, İraq hökuməti Amerika güclərinin miqdarı və onların missiyası haqqında ABŞ-dan izahat gözləyəcək.
Daha əvvəl ABŞ prezidenti Donald Tramp CBS telekanalına müsahibəsində bildirib ki, İraqda İranı izləmək imkanına malik olmaq üçün qoşun saxlayır.
ABŞ prezidenti Donald Trampın fevralın 2-də Orta və kiçik mənzilli raketlərin ləğvi haqqında Müqavilədən çıxış proseduruna başladıqları barədə bəyanatı qlobal gündəmdə şok effekti yaratdı. Moskvanın buna cavabı gecikmədi. Rusiya prezidenti Vladimir Putin ölkəsinin razılaşmadan çıxdığını bəyan etdi. Qərb KİV-inin yazdığına görə, ABŞ-ın qərarı ilə əlaqədar olaraq Rusiya və Avropanın çiyinlərində strateji sabitlik sahəsində problemlər düşür.

Fevralın 2-də Orta və yaxın mənzilli raketlərin ləğvi haqqında Müqavilədən çıxan ABŞ Asiya-Sakit okeanı regionunda hərəkətə keçib. Yaponiyanın "Asahi” qəzetində bu gün dərc olunan məqaləyə görə, ABŞ Çinlə mümkün görünən müharibənin qarşısını almaq üçün Asiya-Sakit okeanı bölgəsinə raketlər yerləşdirəcək.
Məqalədə orta mənzilli raketlərin 7 il ərzində Sakit okeandakı Quam adası ilə yanaşı, Yaponiya və Filippinə yerləşdiriləcəyi bildirilir. Nəşr ABŞ və Çin arasında mümkün müharibə zamanı Yaponiyanın da ön sıralarda yer alacağını və potensial düşmənlərin hücumun ilk hədəfi olacağını qeyd edib.
2019-cu ilin sonuna qədər Rusiya FTX-nin iqtisadi təhlükəsizlik bölməsinin bütün idarələrində "Türk bölmələri”nin yaradılması planlaşdırılıb. Bu məlumat Teleqram sosial şəbəkəsindəki "Silahsız” kanalında yayımlanıb.
"Məqsəd Türkiyə xüsusi xidmət orqanlarının vahid türk dövlətinin yaradılmasıyla bağlı fəaliyyətini neytrallaşdırmaqdır. Türkiyə yekun şəkildə islam dünyasının mərkəzi oldu. Üstəlik, Ankaranın Kiyevlə sıx əlaqələri də Moskvanı narahat edir. Hazırkı dönəmdə mümkün konstruksiyalarla bağlı müzakirələr aparılır. Digər tərəfdən Rusiya Prezident Administrasiyası da aktiv şəkildə bu bölmələrin yaradılmasına qoşulub”, – deyə Teleqram kanalında bildirilib.
Avropa Birliyi Breksiti öz şərtləri daxilində həyata keçirmək üçün İrlandiyada vətəndaş müharibəsini alovlandırmaq istəyir. Bu sözləri Fransanın sağçı Milli Cəbhə Partiyasının lideri Marin Le Pen deyib.
O bildirib ki, ittifaq "boşanmanı” mümkün qədər ağrılı həyata keçirməyə çalışır.
Ukraynanın erməni əsili daxili işlər naziri Arseniy Avakov Rusiyanı təcavüzkar ölkə adlandırıb və prezident Vladimir Putini tənqid edib. Nazir bu haqda Ukrayna "Xalq cəbhəsi” Partiyasının qurultayında çıxışı zamanı deyib.
Erməni nazir partiyasının qarşıdan gələn prezident seçkilərində iştirakının vacib olduğunu bildirib.
"Bizim proqramımız sadədir. Mən onu bir abzasla xülasə etməyə cəhd edəcəyəm. Ukrayna Avropadır, Avropa İttifaqı və NATO-dur, Rusiya təcavüzkardır”, - Avakov vurğulayıb.
Rusiyanın mənbəyi olduğu bir sıra təhlükələr mövcuddur. Hərb Rusiyanın alətlər dəstinin yalnız bir hissəsidir. Bu haqda ABŞ-ın "MKİ-nin kölgəsi” adlandırılan "Stratfor” kəşfiyyat-analitik şirkətinin Avrasiya məsələləri üzrə analitiki Yucin Çauşevskiy "Azadlıq” radiosunun Ukrayna xidmətinə müsahibəsində bildirib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
DİN
TƏQVİM
«    Temmuz 2019    »
PtSaÇaPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi