buguntv.az
buguntv.az

Azərbaycan millisi dünya reytinqində gerilədi - SIRALAMA

9 dəfə baxılıb 7-02-2019, 14:45


FIFA iki aylıq fasilədən sonra milli komandaların reytinq cədvəlini açıqlayıb.

Oxu.Az xəbər verir ki, Asiya Kuboku ilə bağlı daha çox bu qitənin təmsilçiləri irəliləyib.

Məsələn, qonşumuz İran millisi yeddi pillə irəliləyib. Asiya Kubokunun qalibi Qətər isə ən çox irəliləyən milli komanda olub – 38. Hazırda DÇ-2022-nin ev sahibi 55-ci pillədədir.

Avropaya aid olan Azərbaycan isə bir pillə geriləyib. Komandamızın aktivində yenə 1206 xal olsa da, 108-ci sıraya düşmüşük. Hazırda Madaqaskar və Nigeriya kimi Afrika millilərinin arasında olan yığmamızın enişinin səbəbi İordaniyanın 12 pilləlik yüksəlişidir.

Top-10-da isə dəyişiklik yoxdur. İlk on komanda bu ardıcıllıqladır: Belçika, Fransa, Braziliya, Xorvatiya, İngiltərə, Portuqaliya, Uruqvay, İsveçrə, İspaniya, Danimarka.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
DİN
TƏQVİM
«    Şubat 2019    »
PtSaÇaPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi