buguntv.az

Göyçayda faciə: qadın abort zamanı dünyasını dəyişdi

12-02-2019, 16:14


Göyçay rayonunda qadın abort zamanı dünyasını dəyişib.

"Ölkə.Az"ın Report-a istinadən xəbərinə görə, hadisə Göyçay Rayon Mərkəzi Xəstəxanasında baş verib. 

Rayonun İnçə kəndində yaşayan Ağstafa sakini, 24 yaşlı qadın bu gün səhər saatlarında abort üçün xəstəxanaya müraciət edib. 

Xəstəxananın Doğum şöbəsində mama-ginekoloq Roza Babayeva tərəfindən abort edilən qadının bir qədər sonra halı pisləşib və dünyasını dəyişib. 

Qeyd edək ki, bu, qadının 3-cu hamiləliyi olub.

Faktla bağlı araşdırma aparılır.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 157
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.BUGUNTV.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

(+99470) 527 05 05