buguntv.az
buguntv.az

Formula 1 haqqında serialın prodüser qrupu “Mercedes” və “Ferrari”ni tənqid edir

13 dəfə baxılıb 25-02-2019, 14:55


Netflix” yayım xidmətində matın 8-dən etibarən nümayiş etdiriləcək Formula 1 yarışları haqqında lentə alınan “Drive to Survive” serialının prodüserləri təklif olunan şərtlərlə şouda iştirakdan imtina edən “Mercedes” və “Ferrari” komandalarını tənqid ediblər.

AZƏRTAC “F1Nyus” saytına istinadla xəbər verir ki, bu barədə şounun prodüseri Pol Martin məlumat verib.

“Mercedes” və “Ferrari” digər komandaların razı olduqları şərtlərdən daha fərqli şəraitdə işləmək istəyiblər. Lakin bu, layihənin prodüserlərinə və serialı translyasiya edəcək “Netflix” xidmətinə sərf etmir. Burada sual “hər şey, yaxud heç nə” tərzində qoyulub. Bizim şərtlər səkkiz komanda üçün əlverişli olub. Belə olan halda biz niyə onları “Mercedes” və “Ferrari” üçün dəyişməliyik? Şouda iştirakdan imtina etməklə onlar düzgün hərəkət etməyiblər və azarkeşlərə qarşı yaxşı davranmayıblar. Lakin bizim bəxtimiz gətirib ki, “Red Bull”, Renault” və “Haas” bizə tam şərait yaradıblar və tamamilə səmimi davranıblar”, - deyə Martin “The Telegraph” nəşrinə bildirib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
DİN
TƏQVİM
«    Mart 2019    »
PtSaÇaPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi