buguntv.az
buguntv.az

"Gərək, şikayət etməzdən əvvəl bizə məlumat verəydin..." - GİLEY

103 dəfə baxılıb 25-02-2019, 17:25


Şəki rayon Baş Göynük kənd sakini Məmmədov Ülkər İsmayıl oğlu prezident İlham Əliyevə və bir sıra dövlət qurumlarının rəhbərlərinə müraciət ünvanlayıb. Bir nüsxəsi də dia.az-a daxil olan müraciətdə deyilir:

"Bir daha xatırladım ki, mənim şəxsi evimizə hər təsərüfata və ailəyə görə qaz sayğacının qoyulmasıilə bağlı 7 fevral92018-ci il) tarixli müraciətimdən dərhal sonra məni Şəki QAZ İdarəsi müdiri öz kabinetinə dəvət edib bildirdi ki, gərək şikayət etməzdən əvvəl bizə məlumat verəydin.Dedim ki, axı sizin işçilərinizlə dəfələrlə bu barədə söhbət etmiş, kənd icra nümayəndəliyindən alıb arayış da vermişdim.Kəndə qayıtdıqdan sabahı gün yenə qaz idarəsinin texniki işçiləri evimizə gəlib bildirdilər ki, bu çox çətin işdir. Hara müraciət etsəniz də qaz sayğacı qoya bilmərik.
Cənab Prezident mən Şəki Qaz İdarəsi işçilərinin hansı əsasla mənə belə cavab verməsinin səbəbini bilməsəm də onu dəqiq bilirəm ki, mən sadə kənd adamıyam. Qazancım da gündəlik çörəyə güclə yetir. Energetika nazirindən, cənab Rövnəq Abdullayevdən, Rəhman müəllimdən və Əkbər müəllimdən sayğac məsələsinə köməklik etmələri barəmdə birinci ərizəmə Şəki Qaz İdarəsində belə məsuliyyətsiz yanaşmalarına görə Sizə bu dəfə müraciət etmək zorunda qaldım.Çünki yerli orqan ümumiyyətlə, vətəndaşın müraciəti barədə Prezident sərəncamından ya bixəbərdir, ya da öz nazirlikləri daxil heç kimsəni saymır və hesablaşmırlar. Budur, sonuncu dəfə də Ombudsman Aparatı cavab verir ki, məslə bizlik deyil, ümidvarıq ki, müraciət etdiyiniz əlaqədar təşkilatlar sizə köməklik edəcəklər." Ay etdilər ha. Ombudsman bilmir ki, yerli qaz idarəsinin dövlət məmuru mənim hüququmu pozur. Və bu işə Ombudsman passiv tamaşaçı mövqeyindən yanaşmaqla, cavab verməklə işini bitmiş hesab edir. Güman edirəm ki, Energetika nazirinin, SOCAR prezidentinin və Azəriqaz şefinin gücü çatmayan işə Sizin köməkliyiniz dəyə bilər. Xahişimiz budur ki, qoca anamla birlikdə ayrıca yaşayan qardaşım Mehrəli Məmmədova bir qaz sayğacı, mənim də ayrı yaşayan ailəmə ayrıca qaz sayğacının quraşdırılmasına köməklik göstərəsiniz.
CƏNAB PREZİDENT. Sizə tam məsuliyyətimlə bildirmək istəyirəm ki, bizim yaşadığımız Baş Göynük kəndində bir çox evlərdə birlikdə yaşayan qardaşların hər birinə Şəki Qaz İstismar İdarəsi ayrı-ayrılıqda qaz sayğacı quraşdırıb.Və təbbi ki, pulunu da alıb mənimsəyiblər Belələri 40-45 evdir. Amma mən də eyni qayda ilə müraciət edəndə əvvəlcə soruşurlar ki, nə işlə məşğulsan. Biləndə ki, hansısa fermerin mal-qarasına çobanlıq edib birtəhər çörək qazanıram. O zaman "Qaz qanunları" dərhal mənə və qardaşıma tətbiq olunur. Mənim Prezidentə sonuncu müraciətimdən sonra yenə də daxmamın qapısına gələn iki nəfər Şəki Qaz istismar işçisi bildirdi ki, sən əvvəlcə sübut etməlisən ki, biz hansı evə iki ədəd qaz sayğacı quraşdırmışıq. Qeyd etdim ki, bizim nəsildə hələ üzəduran olmayıb. Siz özünüz yaxşı bilirsiniz kəndimizdə olan 4000 qaz abonentinə 4040 qaz sayğacı ilə necə təchiz olunub. Şəki Qaz İdarəsi rəisi sadəcə mənim yuxarı orqanlara etdiyim şikayətlərə görə and içib ki, mən Ülkərə əlavə qaz sayğacı qoydursam anamın oğlu deyiləm. Qoy olsun. Mən də and içirəm ki, Şəki ərazisində baş verən qaz fırıldaqları və maxenasiyaları barədə yuxarı orqanları və ictimaiyyəti vaxtı vaxtında məlumatlandırmasam ATAmın oğlu deyiləm. Bunlara baxanda təsəlli tapıram ki, mən heç olmasa çörəyi kişi kimi qazanıb yeyirəm. Son iki illik süründürməçilikdən sonra belə qərara gəlirəm ki, Azərbaycan vətəndaşlığından imtina edim. Daha bundan sonra nə olacaq ki? yəni, "İslanmışın yağışdan nə qorxusu". Çomağımı əlimdən almayacaqlar ki?
CƏNAB PREZİDENT, bir daha Sizə ümidlə müraciət edirəm. Mənim qaz sayğacıilə bağlı problemimə köməklik göstərəsiniz".

Dia.az olaraq iddia olunanlarla bağlı bütün tərəfləri dinləməyə hazırıq...
 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
DİN
TƏQVİM
«    Eylül 2019    »
PtSaÇaPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi