buguntv.az
buguntv.az

Niyə məhz “SU-30”? – Düşmənin müdafiə naziri sirləri açdı

99 dəfə baxılıb 26-02-2019, 15:53

“Bir “SU-30” yüzlərcə kilometr uzaqlıqdan minlərlə əsgərin edə biləcəyini edir”


Ermənistanın müdafiə naziri David Tonoyan erməni mediasına açıqlamasında jurnalistləri maraqlandıran bəzi sualları cavablandırıb. Düşmən nazirin çıxışında diqqət çəkən məqamlardan biri də onun “SU-30”larla bağlı səsləndirdiyi fikirlər olub.

Moderator.az erməni mətbuatına istinadən xəbər verir ki, düşmənin müdafiə naziri Ermənistan üçün olduqca bahalı hesab edilən “SU 30” təyyarələrinin alınmasının səbəbini izah edib. D.Tonoyan bildirib ki, bu təyyarələri Ermənistan üçün maraqlı edən onların üstün texniki-döyüş  imkanlarıdır. D.Tonoyan bildirib ki, “SU-30”lar müharibə olacağı təqdirdə erməni əsgərlərinin həyatını qorumaqla yanaşı, uğurlu hücum əməliyyatına da imkan verəcək:

“Mənim üçün hər bir əsgərimizin həyatı dəyərlidir. Əgər iki pilot, “SU-30”la yüzlərcə kilometr uzaqlıqdan minlərlə əsgərin edəcəyini edə bilirsə, bu təyyarənin bahalığından bəhs etməyə nə ehtiyac var?”

Məlumat üçün qeyd edək ki, İrəvanın Rusiyadan “SU-30” təyyarələri alması Ermənistanda birmənalı qarşılanmayıb. Bəzi siyasilər hesab edir ki, xalqın acınacaqlı vəziyyətdə yaşadığı bir şəraitdə Ermənistanın bu cür bahalı təyyarələr alması məntiqli deyil.

Azərbaycanın hərbi mütəxəssisləri isə hesab edir ki, Ermənistanın ölkəmizdən bütün sahələrdə olduğu kimi hərbi sahədə də geriliyi həddindən artıq böyükdür və dümənin “SU-30”la silahlanması heç nəyi dəyişməyəcək. Bundan başqa, Azərbaycanın Hava Hücumundan Müdafiə Qoşunlarının peşəkarlığı, habelə onların sərəncamındakı müasir hərbi texnika yalnız “SU-30”ları deyil, istənilən təyyarə və uçan obyekti məhv etməyə imkan verir.

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
DİN
TƏQVİM
«    Eylül 2019    »
PtSaÇaPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi