buguntv.az
buguntv.az

Əməkdar artist Qoçaq Əsgərov Bəhreyndə konsert verəcək

22 dəfə baxılıb 27-02-2019, 10:42


Martın 4-də tanınmış xanəndə, Əməkdar artist Qoçaq Əsgərov Bəhreyndə konsert proqramı ilə çıxış edəcək. Konsertdə ənənəvi olaraq caz ilə muğamın sintezi iştirakçılara təqdim olunacaq. Bu barədə AZƏRTAC-a məlumat verən xanəndə deyib ki, konsertdə milli mahnılarımızla yanaşı, muğamlarımıza da yer veriləcək.

“Bundan öncə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə təqdim etdiyimiz konsert uğurlu oldu. Konsert çərçivəsində “Şur” muğamını ifa etməyim zalda böyük çoşqu ilə qarşılandı. Konserti izləyənlər arasında ərəb şeyxi və səfirliyimizin nümayəndələri də var idi. Konsertdə çoxsaylı musiqi janrları üzrə vokalist Pyer de Tregomən ilə mən ənənəvi muğam və açıq improvizasiyalardan ibarət orijinal repertuar təqdim etdik. Ümid edirəm ki, fransız həmkarımla birlikdə budəfəki konsertimiz də möhtəşəm alınacaq. Konsertdə bizi İbrahim Babayev (tar), Elnur Mikayılov (kaman), Husaməddin Əzizov (nağara) və Vasif Hüseynzadə (pianino) müşayiət edəcək”, - deyə Qoşaq Əsgərov söyləyib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
DİN
TƏQVİM
«    Mart 2019    »
PtSaÇaPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi