buguntv.az
buguntv.az

“Sevgi və etiraz” - Azərbaycan Rəngkarlığı Muzeyində növbəti sərgi belə adlanır

17 dəfə baxılıb 7-03-2019, 13:23


Martın 16-da XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində azərbaycanlı nonkonformist rəssam Əşrəf Muradın “Sevgi və etiraz” adlı retrospektiv sərgisi açılacaq.

AZƏRTAC xəbər verir ki, “YARAT” Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə reallaşan sərgidə rəssamın Azərbaycan və xarici ölkələrin fərdi və ictimai kolleksiyalarında saxlanılan əsərlər nümayiş ediləcək. Bir çox əsərlər ictimaiyyətə ilk dəfə təqdim olunacaq.

Sərgi 50-dən çox əsər ilə rəssamın yaradıcılığının tam spektrini əhatə edir və bir çox rəsmləri, eskizi, albom qaralamaları, rəngkarlıq nümunələri, eləcə də fotoşəkilləri və digər materialları bir araya gətirir.

İyunun 16-dək davam edəcək sərginin kuratoru Fərəh Ələkbərlidir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
DİN
TƏQVİM
«    Mart 2019    »
PtSaÇaPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi