buguntv.az
buguntv.az

“Bakıelektroştamp” ASC-ni kim çökdürüb? - İDDİA

56 dəfə baxılıb 8-03-2019, 13:41


Bakı şəhər Binəqədi rayon sakini Abbasov Dadaş Mahir oğlunun həyat yoldaşı Abbsova Sultan Vəli qızının əmlak payının “Bakıelektroştamp” Açıq Səhmdar Cəmiyyətinin keçmiş rəhbərliyi tərəfindən mənimsənilməsi barədə müraciətini 7GUN.az-da dərc etmişdik.

Sovet dönəmində Azərelktroştamp zavodu strateji əhəmiyyətə malik idi. Müsəqillik illərində də zavod fəaliyyətini davam etdirmişdir.

İqtisadi İnkişaf Nazirliyinin 21 noyabr 2001-ci il tarixli 217 saylı sərəncamına əsasən Azərelktroştamp zavodu “Bakıelektroştamp” Açıq Səhmdar Cəmiyyətinə çevrilmişdir.

“Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin ikinci dövlət proqramı”na uyğun olaraq “Bakıelektroştamp” Açıq Səhmdar Cəmiyyətinin səhmlərinin əmək kollektivinə güzəştli satışının həyata keçirilməsi haqqında 22 dekabr 2001-ci il tarixdə “Mülkiyyət” qəzetinin 62 (233) saylı buraxılışında rəsmi elan verilib. 15 may 2002-ci ildə “Bakıelektroştamp” Açıq Səhmdar Cəmiyyəti özəlləşdirilmişdir. Əmək Kollektivi Şurasının sədri Məhərrəm Baxışəliyev seçilmişdir.

Abbasova Sultan Vəli qızı da zavodun keçmiş işçisi kimi özəlləşdirmə çeklərini satışa qoyaraq “Bakıelektroştamp” Açıq Səhmdar Cəmiyyətində əmlak payına sahib olmuşdur.

Məhərrəm Baxışəliyevin “Bakıelektroştamp” Açıq Səhmdar Cəmiyyətinin sədri olduğu müddətdə zavodun fəaliyyəti yenidən qurulmuş, lakin payçılara əmlak payları verilməmişdir.

2007-ci ildən sonra “Bakıelektroştamp” Açıq Səhmdar Cəmiyyətinə Ramiz Əhmədov rəhbərlik etmişdir.

Araşdırmalarımız nəticəsində məlum oldu ki, “Bakıelektroştamp” Açıq Səhmdar Cəmiyyətinin əmlaklarının satışını Ramiz Əhmədov həyata keçirib.

Zavodun əmlakı dağıdılıb satıldıqdan sonra fəaliyyəti dayanmış “Bakıelektroştamp” Açıq Səhmdar Cəmiyyəti “Baku Still Kompani”nin tərkibinə daxil edilib.

Lakin “Bakıelektroştamp” Açıq Səhmdar Cəmiyyətində 283 nəfərin əmlak payları mənimsənilmişdir.

Kütləvi qanunsuzluğa və maliyyə fırıldaqlarına görə heç kəs hal-hazıra kimi cavabdehlik daşımır.
7GUN.az-ın əməkdaşı ilə söhbət zamanı “Bakıelektroştamp” Açıq Səhmdar Cəmiyyətinin keçmiş hüquqşunası Vahid adlı şəxs bildirib ki, zavodun fəaliyyətinin dayandırılması, payçılara əmlak paylarının verilməsi və digər məsələlərlə bağlı Ramiz Əhmədova müraciət edilməlidir. Əməkdaşlarımız dəfələrlə cəhd etsələr də Ramiz Əhmədovla əlaqə yarada bilməmişlər.

Ramiz Əhmədov “Bakıelektroştamp” Açıq Səhmdar Cəmiyyətinin əmlkaının satışından əldə etdiyi pullar hesabına Keşlə qəsəbəsində keçmiş 4 saylı Dəmir-Beton zavodunda kisə sexi açaraq özünə şəxsi biznes qurmuşdur.

Dadaş Abbasov 7GUN.az-a həyat yoldaşı Sultan Abbasovanın hüquqlarının bərpası və əmlak payına sahib olmasından ötrü iki ilə yaxındır ki, ölkənin ali hakimiyyətində təmsil olunan vəzifəli şəxslərə müraciət etdiyini, lakin nəticəyə nail olmadığını bildirir.

Maliyyə Bazarlarına Nəzarət Palatası və Milli Depozit Mərkəzində Dadaş Abbasova həyat yoldaşının bir çekə görə əmlak payının nominal dəyərinin 2 manat olduğunu bildirib, hətta ona tövsiyyə etmişlər ki, zavodun fəaliyyətinin dayandırılması və əmlaklarının satılması prosesi yüksək səlahiyyətli bir şəxsin xeyir-duası ilə icra olunduğuna görə bu işin arxasınca getməsin.
Dadaş Abbasov həyat yoldaşının hal-hazırda ağır yataq xəstəsi olduğunu bildirir.

7GUN.az-ın araşdırmaları ölkədə vətəndaşların əmlak hüquqlarının oliqarxlar tərəfindən mənimsənilməsində mövcud hakimiyyət sahiblərinin birbaşa iştirakını sübut edir.

Ramiz Əhmədovun hakimiyyət səlahiyyətlilərinin və oliqarxların himayəsi altında həyata keçirtdiyi böyük həcmli maliyyə fırıldağı da ölkədə tüğyan edən dərəbəyliyin məntiqi nəticəsidir.

Abbasova Sultan Vəli qızının 17 illik əmlak payını kim ödəyəcək?!

Məqalədə adları çəkilən hər bir şəxsin mövqeyini dərc etməyə hazırıq.
 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
DİN
TƏQVİM
«    Haziran 2019    »
PtSaÇaPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
MƏZƏNNƏ
 Valyuta məzənnəsi