buguntv.az
buguntv.az

Dövlət başçısının ayırdığı vəsait hara xərclənib?

313 dəfə baxılıb 11-03-2019, 15:07

Son vaxtlar dövlət başçısının tədqiralayiq addımları, qəbul etdiyi sərancam və qərarları,əhali ilə görüşəndə topladığı məlumatlar əsasında Aidiyyatı qurum rəhbərlərinə, məmurlara tövsiyyə və tapşırıqları bəzi yerlərdə ya yerinə yetirilmir və ya da yarıtmaz yerinə yetirilir. Bu da insanlar arasında narazılıq yaradır. Dövlət başçısının uğurlu siyasətinə kölgə salan bu kimi məmurlar və Aidiyyatı qurum rəhbərlərindən, misal üçün Binəqədi rayon rəhbərliyi və “ Azərsu” ASC-nin rəhbərliyini göstərmək olar. On illərdir ki, Binəqədi rayon 28 May qəsəbəsində insanlar yaşayır. Bu yaxınlarda da dövlət başçısı məhz həmin yaşayış ərazisində əhalinin içməli suya olan təlabatını yaxşılaşdırılması üçün , əhalinin rahatlığını təmin etməkdən ötrü çirkab suların axıdılması sisteminin yenidən qurulmasına görə dövlət büdcəsindən böyük məbləğdə vəsaitin hara xərclənməsi bir yana, burada “ barmağı, barmaq üstünə belə qoymayıblar”. Əksinə camaata bildirirlər ki, “ Siz burada qanunsuz məskunlaşmısınız deyə biz heç bir iş görə bilmərik”. Hansı ki, dövlət başçısı Binəqədi rayon 28 May qəsəbəsində bu işlərin görülməsi üçün Sərəncam imzalayıb və külli miqdarda vəsait ayrılıb.Vətəndaşların şikayəti əsasında apardığımız çəkilişi Aidiyyatı qurumların nəzərinə çatdırmaq üçün yerləşdiririk.

Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

Buguntv.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
DİN
TƏQVİM
«    Mart 2019    »
PtSaÇaPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi