buguntv.az
buguntv.az

Uşaq incəsənət məktəbinin şagirdləri beynəlxalq festivalda uğur qazanıblar

10 dəfə baxılıb 12-03-2019, 12:57


Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 4 nömrəli uşaq incəsənət məktəbinin rəsm sinfinin şagirdləri “Listen to the Voice of the World” Birinci Beynəlxalq Festivalda uğur qazanıblar.

Baş İdarədən AZƏRTAC-a bildirilib ki, festival UNESCO-nun Beynəlxalq layihələrin tətbiqi mərkəzinin, UNESCO nəzdində Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyasının dəstəyi və Azərbaycan “Resurs” Gənclərin İnkişafi Mərkəzinin, “Educenter” mərkəzinin və “Nur art house” qalereyasının birgə təşkilatçılığı reallaşıb.

Festivalda şagirdlərdən Lalə Abasova, Aysel Dadaşova, Zəhra Əliyeva, Jalə Əliyeva, Aydan Həsənzadə, Zəhra Novruzova, Nəzrin Mirzəzadə, Xumar Nəcəfli birinci yerə, Ülkər Məmmədova, Nigar Həmzəyeva, Vüsalə Ələkbərova, Nərgiz Rüstəmova isə ikinci yerə layiq görülüblər.

“Nur art house” qalereyasında keçirilən tədbirin bədii hissəsində 4 nömrəli uşaq incəsənət məktəbinin şagirdlərinin ifası dinlənilib.

Sonda məktəb kollektivi İçərişəhərə ekskursiya ediblər. Ekskursiya zamanı şagirdlərin milli musiqi alətlərində ifası şəhərimizin sakinləri və qonaqları tərəfindən maraqla qarşılanıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
DİN
TƏQVİM
«    Mart 2019    »
PtSaÇaPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi