buguntv.az
buguntv.az

"Unibank"ın bu kampaniyası etiraza səbəb oldu - FOTOFAKT

14 dəfə baxılıb 13-03-2019, 17:36


"Unibankın" yeni kampaniyası sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.
"Kommersant.az" bildirir ki, “Unibank” Novruz Bayramı ilə bağlı kampaniya keçirir. “Facebook” sosial şəbəkəsində müsabiqə şəklində təşkil olunan yarışda iştirak edib doğru cavabı tapmaqla siz “şanslılar” siyahısına adınızı yazdıra və “Albalı Plus” debet kart sahibi ola bilərsiniz. Müsabiqə ilə sizi yaxından tanış edirik:

Unibank deyir ki, “İmran və Kamilə hər ay alış-verişlərini nağd pul ilə edirlər. Yayda isə Nabrana dincəlməyə gedəcəklər.

Kənan və İnarə də hər həftə alış-verişləri nağd pul ilə edirlər. Onlar isə yayda Bilgəhdə istirahət edəcəklər.

Orxan ilə Leyla isə bütün alış-verişləri Unibank kartları ilə edirlər. Sizcə Orxan ilə Leyla yay istirahətini harada edəcəklər?”.

Bank sualın cavabını doğru verəcək şəxsi mükafatlandıracaq. Bizim isə diqqətimizi çəkən müsabiqənin şərh bölməsində oyun oynayandan çox şikayət edənlərin olmasıdır. Düzü, cavablar da kifayət qədər maraqlıdır:

“Məhkəməyə gedərlər yəqin”;
“Orxan ilə Leylaya istirahət yoxdu, işləyib ancaq kartla xərclədiklərini ödəyəcəklər”;
“Çox ehtimal ki, bu yayı kredit ödəyəcəklər”;
“Xəstəxanada. Bank onları əsəbdən xəstə edər”;
“Unibankda keçirəcəklər bu yayı” və s.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
DİN
TƏQVİM
«    Mart 2019    »
PtSaÇaPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi