buguntv.az
buguntv.az

Moskvada kinorejissor Əjdər İbrahimovun anadan olmasının 100 illiyi qeyd olunacaq

17 dəfə baxılıb 1-04-2019, 16:40


Moskvada SSRİ Xalq artisti, kinorejissor Əjdər İbrahimovun anadan olmasının 100 illiyinə həsr edilmiş tədbir təşkil olunacaq.

AZƏRTAC xəbər verir ki, Rusiya Kinematoqrafçılar İttifaqı, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi, ölkəmizin Moskvadakı səfirliyinin təşkilatçılığı ilə aprelin 24-də tanınmış Azərbaycan və Rusiya kinorejissoru, ssenariçisi, professor Əjdər İbrahimovun 100 illik yubileyi qeyd olunacaq. Rusiya Mərkəzi Ədiblər Evinin Yazıçılar Klubunda baş tutacaq “Məhəbbətim mənim, kədərim mənim” adlı yubiley gecəsini kinoşünas Andrey Şpagin aparacaq.

Gecədə tanınmış incəsənət xadimləri, Əjdər İbrahimovun sənət yoldaşları, tələbələri və yaradıcılığının pərəstişkarları iştirak edəcəklər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
DİN
TƏQVİM
«    Nisan 2019    »
PtSaÇaPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi