buguntv.az
buguntv.az

Əməkdar artistin qardaşı amansızca QƏTLƏ YETİRİLİB: Öz gözlərimlə gördüm - FOTO

85 dəfə baxılıb 3-04-2019, 18:07

Təxminən 3 aydır yoxa çıxan Cəlilabad sakini Mahmudov Sahibin amansızcasına qətlə yetirilməsi xəbəri eşidənləri dəhşətə gətirir.

Milli.az  xəbər verir ki, Sahibin qətlinin təfərrüatını duyan əməkdar artist Nahidə Orucova ailəsində baş vermiş qanlı olayı "Səni axtarıram"ın efirində danışmalı olub.

Məşhur aktrisa qəhər içində illər öncə qardaşının da Sahib kimi qətlə yetirildiyini deyib:

"1997-ci ildə mənim qardaşımı da belə qətlə yetirdilər. Amansızcasına, vəhşicəsinə... Mən o ananın nələr çəkdiyini bilirəm. Çünki 25 yaşında qardaşım pula görə dəhşətli dərəcədə qətlə yetirilmişdi, yatdığı yerdə. Mən o hadisəni yaşamışam. İki bacının bir qardaşı idi. Öz gözlərimlə bütün hadisəni gördüm, dəhşətli bir hal idi. Ömür boyu o səhnə mənim gözümün önündən keçməyəcək. Təsəvvür edirəm bu ana nələr çəkir. Çox ağır dərddir".

Xatırladaq ki, Sahib bu il yanvarın 25-də Masallıda istirahət mərkəzində Əli Ələkbərli adlı şəxs tərəfindən bıçaqlanaraq qətlə yetirilib.

Məlum olur ki, Əli meyiti Altay Ağamalızadə adlı tanışının köməyi ilə avtomobilə qoyularaq Neftçala rayonuna aparılıb. Orada meyit yandırılır. Meyitin tam yanmadığını görən Əli Ələkbərli və Ağamalızadə cəsədi İmişli rayonuna aparırlar. İmişli rayonunda meyit balta ilə hissələrə bölünür. Həmin şəxslər cəsədin hissələrini İmişli, Cəlilabad və Yardımlı rayonları ərazilərində basdırırlar. Hazırda təqsirli şəxslər saxlanılıblar. Onlara qarşı Cinayət Məcəllələrinin müxtəlif maddələri ilə cinayət işi açılıb.
Əməkdar artistin qardaşı amansızca QƏTLƏ YETİRİLİB: Öz gözlərimlə gördüm - FOTO


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
DİN
TƏQVİM
«    Eylül 2019    »
PtSaÇaPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi