buguntv.az
buguntv.az

“Təhsil Nazirliyi və təhsil ayrı-ayrı qütblərdədir”: - SƏRT İTTİHAMLAR

20 dəfə baxılıb 4-04-2019, 10:50


“Biz özəl universitetlərdə verilən maaşlarla maraqlanmırıq. Bu, bizə aid məsələ deyil. Hər bir özəl ali təhsil müəssisəsinin özlərinə xas qaydaları olur”.

Bunu Cebhe.info-ya açıqlamasında Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov deyib. Bu, nazirliyə ünvanlanan suallarla bağlı alınan ilk belə cavab deyil.

Maraqlıdır, bütün suallar “araşdırılır”, “bizə aidiyyatı yoxdur”, “anonim olduğu üçün baxılmır” kimi cavablar verən nazirliyə nəyin adiyyatı var ? Bu qurum hansı məsələlərlə məşğuldur ki, təhsilin səviyyəsi ilə bağlı suallar günbəgün artdığı halda cavablar yoxdur.

Məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədov Cebhe.info-ya açıqlamasında nazirliyin son 1 ildə öz vəzifələrini yerinə yetirmədiyini bildirib:

“Təhsil Nazirliyi təhsil sahəsində dövlət siyasətini və tənzimlənməsini, təhsil prosesinə ümumi metodiki rəhbərliyi həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Təhsil sahəsində vahid dövlət siyasətinin formalaşmasında iştirak etmək və bu siyasəti həyata keçirmək, Azərbaycan Respublikasında təhsil sisteminin müəyyən edilmiş istiqamətlər üzrə inkişafını təmin etmək, təhsil sahəsində dövlət tənzimlənməsini həyata keçirmək, təhsilin keyfiyyətinə dövlət nəzarətini təmin etmək, vətəndaşların təhsil almaları ilə bağlı konstitusiya hüquqlarını qorumaq məqsədi ilə təhsildə bərabər imkanların yaradılmasına nail olmaq və bir sıra təhsil sistemində ciddi vəzifələri yerinə yetirməli olan qurumdan son 1 il ərzində bunu görə bilmirik. Təhsil Nazirliyi təşkilati formasından asılı olmayaraq bütün təhsil müəssisələrinə nəzarət etməlidir. Onların təhsil siyasətini necə keçirmələri barədə mütəmadi olaraq monitorinqlər aparmalıdır. Təhsil Nazirliyi mərkəzi və yerli icra hakimiyyəti orqanlarından, bələdiyyələrdən, fiziki və hüquqi şəxslərdən müəyyən olunmuş qaydada təhsilin inkişafı ilə bağlı zəruri məlumatlar və arayışlar tələb etmək hüququna malikdir. Amma onlar özəl məktəblərdən bu barədə heç bir məlumat ala bilmirlər. Təhsil Nazirliyində vətəndaşlara göstərilən xidmətlərlə bağlı ciddi problemlər var. Hər ay Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə 25 mindən çox müraciət daxil olur. Amma müraciətlərin demək olar ki, böyük əksəriyyətinə baxılmır, cavablandırılmır. Hazırda Təhsil Nazirliyi ilə təhsil ayrı-ayrı qütblərdədir. Təhsilin əlçatanlığı təmin olunsa da, Təhsil Nazirliyinin əlçatanlığı təmin olunmayıb. Direktorların işə qəbulu, xaricdə təhsil, birinci sinfə qəbul, diplomların tanınması, müddətli əsaslarla çalışan müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması və digər bu kimi ciddi problemlərin həlli üçün zəng edən vətəndaşların müraciətləri cavablandırılmır, onlar qəbul edilmir, dinlənilmir. Demək olar ki, hər gün orta və ali təhsil müəssisələri ilə bağlı neqativ xəbərlər eşidirik. Amma müvafiq nazirlik buna reaksiya vermir. Sanki Təhsil Nazirliyinin funksiyası qonaqlıqlar təşkil etmək, şəkil çəkdirməkdən ibarətdir”. 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
DİN
TƏQVİM
«    Nisan 2019    »
PtSaÇaPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi