buguntv.az
buguntv.az

Bu gün istefa verən Sudan prezidenti həbs olundu

46 dəfə baxılıb 11-04-2019, 17:26


Bu gün Sudanda baş vermiş hərbi çevrilişdən sonra istefaya gedən prezident Ömər əl-Bəşiri həbs olunub.

Milli.Az xəbər verir ki, bu barədə müdafiə naziri Əvad bin Auf televiziya vasitəsilə xalqa müraciətində bildirib.

Nazir prezidentin harada və nə zaman həbs olunduğu barədə məlumat verməyib. 

O, həmçinin qeyd edib ki, Ömər əl-Bəşirin rejimi çökdürülüb.

Eyni zamanda, Milli.Az Trend-ə istinadən xəbər verir ki, ölkənin sabiq baş naziri Sadiq əl-Mehdi "əl-Hədəs" telekanalına deyib ki, hərbi çevriliş nəticəsində devrilmiş Sudan prezidenti Ömər əl-Bəşir və onun yaxın adamları ev dustaqlığındadır. 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
DİN
TƏQVİM
«    Temmuz 2019    »
PtSaÇaPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi