buguntv.az
buguntv.az

Nazirlik məktəblərdə pəncərələrə dəmir barmaqlıqların quraşdırılmasına münasibət bildirib

13 dəfə baxılıb 11-04-2019, 17:54


Təhsil Nazirliyi bir sıra kütləvi informasiya vasitələrində məktəblərdə pəncərələrə dəmir barmaqlıqların quraşdırılması barədə yer alan xəbərlərə münasibət bildirib.

Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov ONA-ya bildirib ki, yayılan xəbərlərin heç bir əsası yoxdur.

C. Valehov Təhsil Nazirliyi tərəfindən bununla bağlı məktəblərə hər hansı tapşırığın verilmədiyini də qeyd edib. 

Qeyd edək ki, bir sıra kütləvi informasiya vasitələrində 162 nömrəli məktəbin VIII sinif şagirdinin intiharından sonra Təhsil Nazirliyi tərəfindən bütün məktəblərə qeyri-rəsmi formada yuxarı mərtəbələrin pəncərələrinə dəmir barmaqlıqların quraşdırılması barədə tapşırıq verildiyi barədə məlumatlar yer alıb. 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
DİN
TƏQVİM
«    Nisan 2019    »
PtSaÇaPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi