buguntv.az
buguntv.az

Elinanı Hüseyn Namazov döyüb? – Rəsmi

14 dəfə baxılıb 12-04-2019, 10:51



Bakı Şəhəri üzrə Təhsil İdarəsi özünü oxuduğu məktəbin 3-cü mərtəbəsindən atan 8-ci sinif şagirdi Elina Hacıyevanın məktəbin yuxarı sinif şagirdi tərəfindən təzyiqə məruz qalması ilə bağlı sorğuya cavab verib.

Təhsil İdarəsindən Axar.az-a verilən məlumata görə, Bakı Şəhər Prokurorluğu və Bakı Şəhəri üzrə Təhsil İdarəsi məktəbdə baş vermiş hadisə ilə bağlı yaydığı birgə məlumatda da qeyd olunduğu kimi, Bakı Şəhər Prokurorluğunda hadisə ilə bağlı müvafiq istintaq tədbirləri, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən isə xidməti araşdırma həyata keçirilir:

“Aparılan istintaq və xidməti araşdırma tədbirləri nəticəsində hadisənin baş vermə səbəbləri tam aydınlaşdırılacaq. Bundan sonra bununla bağlı ictimaiyyətə əlavə məlumat veriləcək”.

Qeyd edək ki, 162 saylı məktəbdə baş verən intihar hadisəsi nəticəsində dünyasını dəyişən 8-ci sinif şagirdi Elina Hacıyevanın məktəbin 11-ci sinif şagirdi Hüseyn Namazov tərəfindən təzyiqə məruz qaldığı deyilir. Məlumata görə, H.Namazov E.Hacıyevanı məlum olmayan səbəbdən məktəbin bir küncünə apararaq, vurub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
DİN
TƏQVİM
«    Nisan 2019    »
PtSaÇaPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi