buguntv.az
buguntv.az

“Qarabağ”-“Keşlə” oyununu Əliyar Ağayev idarə edəcək

101 dəfə baxılıb 15-04-2019, 17:01


Futbol üzrə Azərbaycan Premyer Liqasında XXV turun oyunları üçün hakim təyinatları açıqlanıb.

AZƏRTAC Peşakər Futbol Liqasının saytına istinadla xəbər verir ki, aprelin 18-də “Kapital Bank Arena”da “Sumqayıt”–“Səbail” qarşılaşmasını hakim Vüqar Həsənli idarə edəcək. Həmin gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ”–“Keşlə” görüşünün əsas hakimi Əliyar Ağayev olacaq.

Aprelin 19-da “Əlincə Arena”da oynanılacaq “Sabah”–“Neftçi” matçına əsas referi Rövşən Rəcəbov təyin olunub. Turun sonuncu görüşündə - Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ”- “Zirə” oyununda baş hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək.

Qeyd edək ki, “Sumqayıt”–“Səbail” oyunu saat 16:45-da, “Qarabağ”–“Keşlə” görüşü saat 19:00-da, “Qəbələ”–“Zirə” qarşılaşması 16:00-da, “Sabah”-“Neftçi” matçı isə saat 18:30-da başlayacaq.

İyirmi dörd turdan sonra turnir cədvəlinə aktivində 54 xal olan “Qarabağ” başçılıq edir. “Neftçi” 52 xalla ikinci, “Səbail” 35 xalla üçüncü, 33 xalı olan “Qəbələ” isə dördüncü yerdədir. Digər pillələrdə müvafiq olaraq, “Sabah” (26), “Zirə” (25), “Sumqayıt” (20) və “Keşlə” (19) yer alıblar.

Qeyd edək ki, turun bütün görüşləri “CBC Sport” kanalında canlı yayımlanacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
DİN
TƏQVİM
«    Eylül 2019    »
PtSaÇaPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi