buguntv.az
buguntv.az

İcra başçısı bu ailədən xəbərsizdir? - Qarabağ əlili aclıq içində...

29 dəfə baxılıb 19-04-2019, 12:19


Saatlının Minbaşı kəndində Kərimovlar ailəsinin güzəranını görəndə adamın tükləri biz-biz olur.

Ailənin bir üzvü Qarabağ döyüşlərində əlil olmuş Zakir Kərimovdur. Ona nə əlillik pensiyası verilir, nə yerli icra hakimiyyəti tərəfindən yaşayışına köməklik olunur.

Qarabağ əlili ilə birlikdə əsəb-ruhi xəstəsi olan iki bacısı da yaşayır. Onlardan biri bu günlərdə səfalət, aclıq içində yaşamaqdan canını tapşırıb.

Sağ qalan Nuriyə Kərimova isə günlərini sayır. Çünki bu aclıq, səfillik vəziyyətində çox yaşamaq mümkün deyil.

Kərimovlara sosial yardım, pensiya təyin olunmayıb. Evə bir qəpik gəlmir. Bu barədə Qarabağ əlilinin qardaşı danışıb.

Onun sözlərinə görə, rayonda qardaşı və bacılarına çatacaq pullar mnimsənilib: “Onların gününə baxın, soyuq yerdə ac-susuz qalıblar.

Saatlı icra hakimiyyəti bir dəfə baxmır ki, bu adamlar necə olacaqlar. Mənim bacım ruhi xəstədir, onunla işim yoxdur, heç olmasa qardaşıma kömək eləsinlər. Bu insan vətən üçün sağlamlığını itirib.

Qohum-qonşular müraciət elədik ki, 100 manat ayrılsın, heç bir qəpik də görmədik. Sağ olsun. Bir sahibkar evə su kanalı açıb, yoxsa su da olmayacaqdı.

İndi Azərbaycana baxın, bu adamlara baxın. Qardaşım döyüşlərdə qıçını itirib, ona pensiya verilmir ki, heç olmasa ac qalmasın”.

Kərimovlar ailəsinin vəziyyəti ilə bağlı Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyindən, Heydər Əliyev Fondundan köməklik istənilir, təcili reaksiya verilməsi xahiş olunur.

Saatlıda bu ailənin yaxınlığında yaşayan qonşular, Kərimovların qardaşı Saatlı icra başçısı Siraqəddin Cabbarov, cənab nazir Sahil Babayev, dövlət başçısı və Mehriban xanım Əliyevadan xahiş ediblər ki, bu biçarə, aclıqdan qırılmaqda olan insanlara, Qarabağ qazisinə köməklik olunsun, pensiya ayrılsın, sosial yardım verilsin.

O da təəssüf doğurur ki, Saatlının icra başçısı Siraqəddin Cabbarov bu günə qədər ailəyə köməklik etməyib, Qarabağ əlilinin vəziyyəti ilə maraqlanmayıb.

Prezident köçkünlərə, şəhid ailələrinə, Qarabağ qazilərinə qayğı, diqqət göstərir. Onun Saatlıdakı səlahiyyətli nümayəndəsi isə Zakir Kərimovun vəziyyətini soruşmayıb, ərazi icra nümayəndəsi, məsul şəxslər araşdırma aparmayıblar.
 \\Conflict.az\\ 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
DİN
TƏQVİM
«    Mayıs 2019    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi